Bizim dərdimiz yerə-göyə sığımır

           Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev cənablarına Surəti:Kütləvi İnformasiya Vasitələrinə Acıq Məktub Cənab Prezident ! Dəyərli Həsən Bəy Zərdabi davamcıları ! Bu gün Azərbaycanda mövcud olan döğrunu danmaq ,pərdələmək həqiqətin üstündən xətt cəkib ,yerinə yalan yazmaq ,ac xalqın üzərinə tox adını yazdırıb ,özünə ucuz hörmət qazanmaq kimi cılız və qeyri –sağlam hərəkət ədalətsizlikdən ,hüquqsuzluqdan ,qanunsuzluqdan ,dəyərsizlikdən ,təkcə ölkəmizin insanları tərəfindən deyil ,dünya ictimaiyyəti tərəfindən qınağa tuş gəlir Cəmiyyət ,insan və vətəndaş hüquqları harınliqdan quduzlaşmış məmurların ayaqları altına atılmış vəziyyətdədir.Cəmiyyət insanları,köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalanı gündəlik normaya çevirən korrupsiya və rüşvət üsullarından yararlanan məmurlardan qoruya bilmir.Ölkə vətəndaşları nəyin ki,yüksək çinli məmurlardan,hətta aşağıdan yuxarı inzibatı orqanlardan qanunların tələbinə nail ola bilmir.Vətəndaşların ərizə və şikayətlərindən şəxsi ambisiya maraqlardan yanaşılır. Siyasi analiklərin təbbirincə desək:-Dövlət iki halda sarsıyır .”Birinci cinayətkar cəzasız qalanda ,ikincisi günahsız ittiham olunanda “ Unudulmaz şairimiz B.Vahabzadənin təbirincə desək; Zülümlər ədaləti , itirib ilim-ilim. İnsan haqqı-hüququ, ayaq altda bir kilim . Günahkar ittihamcı, günahsızsa millətim. Həqiqətən də bizim dərdimiz yerə-göyə sığımır.Ölkədə mövcud olan hüquqsuzluq ,cəzasızlıq,mühitinin qurbanına cevrilmışik.Ədalət,mühakimə sisteminində vaqqum yaranması ayrı-ayrı təbəqələrə xüsusi imtiyazların verilməsi,bu cür hüquq mühavizə orqanları öz funksiyalarını yerinə yetirə bilməməsi ,məhkəmə sisteminin asıllığı, Azərbaycan hakimiyyətinin indiki idarəcilik sistemində boşluğa gətirib cıxarmışdı.Bu konteksdə cənab Prezident Siz müşavirələrdə dönə-dönə məmurları tənbeh edir,cəzalandırirsz.
Görünən odur ki,bunlar yetərincə deyil,onların cevrəsi genişdir.Söylənənlərin həqiqət olduğunu faktlar və arqumetlərlə izah etsək daha inandırıcı olar.Bu gün nə baş verdiyini ictimaiyyət vasitəsi ilə Sizə catdırmaq istəyirəm.Biz o anlamdayıq ki,Sizə ünvanlanmış müraciətlər catmır,prezident aparatında zibil yeşiyinə atılır. Hörmətli Prezirent ! Dəyərli Mediya nümayəndələri ! Bu gün Əmək və Əhalinin Sosial müdafıyə Nazirliyində və onun rayon
şöbələrində kitab-dəftər yerli dibli itib.Xusisilə Biləsuvar rayon şöbəsində... Yaranmış şəraitdən eləcə də çəzasızlıq mühitindən suii istifadə edərək toxunulmazlıq status əldə edən ,Biləsuvar rayon Sosial Müdafiyə Fondunun başında duran (müdiri) Fərasim Əliyev və onun bəzi ,əməkdaşlarının çirkin iş metodları hər kəsə bəllidir;-Harınlıq əndazəsi o dərəcəyə catıb ki,H.Əliyev Fondunun dəstəyi ilə bu ilin yeni il qabağı az təminatlı ailələrə verilən 560 ailəyə nəzərdə tutulan yardım paketlərinin yalnız 50-60 nəfərə catdırıldı yəni öz adamlarına verildi qalanları marketlərədə satılaraq vəsait mənimsənildi.Eləcədə aztəminatlı ailələrə ayrılması nəzərdə tutulan müavinətlər,ünvanlı yardımlar müxtəlif qeri-leqal yollarla mənımsənilir.Əlillərə pensiya təyinatlrında stajlar düşünülmüş halda arxiv idarəsi ilə sövdələşmə nəticəsində saxtalaşdırılır.Əmək pensiyaların təyinatlarında stajların toplanması və hesablanmasında,əməkaşların şərtlərinə razı olmayanların işi düşür əngələ... Məcburi sığorta ödəmələrində cox ciddi nöqsanlara yol verilir,sənədlərin rəsmilləşdirilməsi şəxsi maraqlara xidmət edir. Komersiya strukturlarında ,özəl təşklatlarında məcburi sığorta ödəmələriin toplanmasında onların hesabatlarını fond əməkdaşları özləri hesablayır,özəl strukturlar fəaliyyətsız kimi göstərilir. Fond çirkli pullarını öz adamlarına daplata deyilən ödəmə vasitəsilə aparır. Ataların deyimində “,deyirlər başına gələn başmaqcı olar “.Bir necə ay bundan əvvəl əmək pensiyasına cıxmağımla əlaqədar olaraq Biləsuvar rayon DSMF nun əməkdaşı Ümid Əsədov cənablarına sənədləri təqdim edəndə bir cox bürokratık əngəl yaratmağa calışdı.Stajın hesablanmasında bilərəkdən səhv hesablamışdı,bunu etiraz edəndə:-”Gərək bizimlə razılaşasan yoxsa işin alınmayacaq bizim yükümüz ağırdı,rivizorları yola salırıq,qonaqlar olur,biz də sizin əlinizə baxırıq”.Mən bu sövdələşməyə razılaşmayanda:-Onda “ get hara istəyirsə şikayət et,naxır yerli-dibli itib sən haqq axtarırsan” Fondun müdiri Fərasim Əliyevin qəbulunda olub baş verənləri ona nəql etdim.O, uzun-uzadı söhbət əsasında ;-Bizim xərcimiz cox cıxır,rayonumuzda aparılan tədbirlər bizim boynumuzdadır,aylıq yükümüz var,qonaqlar gəlir” və sair.Mən əlavə edib dedim ki,bizə qanun cərcivəsində əmək pensiyasının təyinatını tələb edirik.Pensiya haqqında yeni qanunun tətbiqi Prezidenin 24.04.2018 ci.il 1078,VQ.D.nömrəli fərmanla tətbiqinə başlanıb.Bu qanuna əsasən,mənim pensiya təyinatım köhnə qayda ilə aparılmalıdır.Fondun müdiri Fərasim müəllim əlavə etdi;-“Yazılmayan qanunlarda var.Baş barmaqı ilə axasındakı portiretə işarə edərək,bizlik deyil onluqdur”deyəndə bir daha yəqin etdim ki,bu kimi postuna layiq olmayan kadrlardan bundan artıq hec nə
gözləmək olmaz və sair.Bir daha aydın oldu ki,Biləsuvar rayon Sosial Müdafyə Fondunda dərinləşməkdə olan ,vəzifə səlahiyyətlərindən suii istifadə,vəzifə səlahiyyətlərini aşma,vəzifə saxtakarlığı,süründürməcilik ayaq tutub yeriyir. Yuxarıda söylədiyim ciddi qanun pozuntuları barədə ,Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Baş idarəsinin rəyisi Kamran Əliyev cənablarına 20.06.2018 ci il tarixində şikayət ərizəsi göndərdim.Bu günə kimi şikayətim nəyin ki,araşdırılıb hec cavab verilməyib.Yenidən 31.07.2018 ci il tarixində Azərbaycan Respublikasının Baş Prakuroru Zakir Qaralov cənablarına şikayət ərizəsi ünvanladım.Görünür vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikası qanunun 7-10 maddəsi qəbul olunarkən ölü döğulub. Cənab Prezident ,Sizin Korrupsiyaya Qarşı mübarızə tədbirləri haqqında 2000ci il 28.oktyabr tarıxli 135nömrəli fərmanızda deyilir:-Korrupsiya ilə hüquq pozuntuları barədə verilən şəxsi materiallar maraqlı tərəfə və ya dolaysı ilə maraqlı olan şəxslərə korrupsiya ilə hüquq pozuntularla bağlı araşdırılması həvalə edilə bilməz. Cənab Prezident ! Hörmətli Mətbuat nümayəndələri ! Olkəmizdə baş verən bu yolsuzluqları görən Biləsuvar rayon DSMF müdiri Fərasım Əliyev öz cirkin əməllərini ört- basdır etmək ücün,maddi imkanının zəngin olmasından,vəzifə səlahətindən və Əmək Və Əhalinin Social Müdafiyyə Nazirliyindəki havadarlarının himayəsinə arxalanaraq,Məhkəmələrin aslı olması anlamında ,mənım ali orqanlara şikayətlərimi tilisimləmək ücün,Şərəf və Ləyaqətin Müdafiəsi Və mənəvi zərərə görə pul tələbi barədə iddia qaldırıb.Beləcə şikayətciləri qorxudmaq yolu ilə ölkəmizdə korrupsiyanı çiçəkləndirmək ücün növbəti taktikadır.Bir sözlə hakimiyyətin bəzi rəhbərləri haqsızlığın,hüquqsuzluğun ,sadə insanların alcaldılmasını ört-basdır etməklə ,olkəni tutduğu vəzifəni nadan və nadınc uşaq kimi idarə edirlər. Bəli,bu gün bəziləri yaşamaq deyəndə göylərə, hasarlanmış dənızə,cöllərə ağaclara ,səhərin acılmasına tamaşa etməklə müxtəlif prizmalarda əhəmiyyət verir.Lakin insanı fərqləndirən,ona böyük ləzzət verən,cəmiyyətə və onun yetişdirdiyi gələcək nəsilə tamaşa etməkdir.Çünki heç bir təbiət hadisəsində bu qədər cazibə,qəribə və gülməli səhnələr olmur.Bir bayatıda deyilir Dünya bir pəncərədir Hər gələn baxar gedər Əslində,heç kim o pncərədən baxıb getmir.Hamı əyilib yerdən nəsə axtarır.Bəziləri tapır,coxu tapmır.Başını qaldırıb pəncərədən baxanda isə artəq buna imkanı olmur. Əlizadə Nəhmədağaoğlu
Tarix: 27-10-2018, 23:39
Xəbəri paylaş





Xəbər lenti