Ağcabədili “qanuni oğru” Ukraynadan çıxarıldı

Ağcabədili  “qanuni oğru” Ukraynadan çıxarıldı

Ukrayna polisi son həftədə 3 “qanuni oğru”nun ölkə ərazisində cinayətkar fəaliyyətini dayandırıb.

Reyting.az 
Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Milli polisdən məlumat verilib.

“Qanuni oğrular”ı Ukrayna Milli polisinin strateji araşdırmalar Departamenti və onun ərazi dəstələrinin işi sayəsində saxlamaq mümkün olub.

Onların üçü də xarici ölkə vətəndaşıdır.

Ağcabədili  “qanuni oğru” Ukraynadan çıxarıldı

Məlumata görə, Ceyran Xonski kimi tanınan 41 yaşlı “qanuni oğru” Ceyran Kintsuraşvili ölkəyə gəlib avtomobil qaçıran dağınıq qrupları öz nəzarəti altına almağa cəhd edib.

Lakin buna nail ola bilməyib – oktyabrın 25-də Ceyran Xonski Xarkov hava limanında saxlanılıb və İstanbul reysi ilə Türkiyəyə geri göndərilib. O, vətənindəki cinayət təqibinə görə son zamanlar bu ölkədə yaşayır. Məlumata görə, Kintsuraşvilinin 5 il müddətində Ukraynaya gəlməsi qadağan olunub.

Digər iki “qanuni oğru” Ukrayna hüquq-mühafizə orqanlarına yaxşı tanışdır. Onların ikisi də dəfələrlə Ukrayna ərazisindən çıxarılıblar, lakin digərlərinin adına sənədlə qanunusuz yolla ölkəyə yenidən qayıdıblar.

Ağcabədili  “qanuni oğru” Ukraynadan çıxarıldı

36 yaşlı Tenqiz Çaraya (Tenqo Qalski) 2018-ci ilin aprel ayında Ukraynaya 2021-ci ilədək gəlməsi qadağan olunmaqla məcburən ölkədən çıxarılıb. Bu dəfə Kiyev vasitəsilə gəlib, halbuki bir il əvvəl hava limanında sərhədi keçəndə saxlanılmışdı. Hələ əvvəlcədən, 2016-cı ildən başlayaraq Tenqo Qalski 3 dəfə Ukraynaya gəlməyə cəhd edib. Ukrayna güc strukturlarının məlumatına görə, Çarayanın ölkəyə gəlməyə cəhddə məqsədi mənzil oğurluqları ilə məşğul olan cinayətkar qruplaşmalara nəzarəti həyata keçirməkdir.

Tenqo Qalski hazırda Ukrayna Dövlət miqrasiya xidmətinin müvəqqəti saxlanma yerindədir. Onun da tezliklə Ukraynadan çıxarılacağı gözlənilir.

Üç “qanuni oğru” arasında ən israrlı görünəni 32 yaşlı Azərbaycan vətəndaşı, Dato Ağcabədili kimi tanınan Cavid Məmmədovdur. 2018-ci ilin may ayından başlayaraq o, müxtəlif regionlar vasitəsilə 4 dəfə Ukraynaya girməyə cəhd edib.

Ukrayna Milli polisi rəisinin birinci müavini Vyaçeslav Abroskinin sözlərinə görə, Ceyran Xonski ölkəyə “istirahətə və müalicə olunmağa” gəldiyini söyləyib. Digər “qanuni oğrular” da eyni fikri deyirlər.
Siam.az
Tarix: 28-10-2018, 20:43
Xəbəri paylaş





Xəbər lenti