“Ermənilər bunu biləndən sonra girovların məktub yazmasına imkan vermirlər”






“Avropa məhkəməsi işi icraata götürəndən sonra ermənilər artıq bir ildir ki, atamın məktub yazmasına imkan vermirlər”

Bunu Moderator.az-a açıqlamasında erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:

“Biz Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğunda saxlanılması ilə bağlı Avropa məhkəməsinə müraciət etmişdik. Onlar əvvəl işi icraata götürmürdü, amma sonradan işi icraata götürdülər. Bundan sonra kommunikasiya qəbul edildi. Burda Azərbaycan, Ermənistan və Avropa məhkəmələri arasında yazışmalar gedir. Orda da Avropa məhkəməsi əsirlərin saxlanma şəraitinə birbaşa Ermənistanın cavabdeh olduğunu bildirib. Ona görə də ermənilər Dilqəm Əsgərovla, Şahbaz Quliyevin ailələrinə məktub yazmalarına imkan vermir. Artıq bir ildir ki, atamdan və son dörd aydır ki, Şahbaz Quliyevdən məktub gəlmir. Çünki onlar məktubda səhhətləriylə bağlı bəzi məlumatları qeyd edirdirlər, bu da ictimaiyyətə açıqlanırdı və Avropa məhkəməsinə göndərilirdi. Bunu da biləndən sonra ermənilər təəssüflər olsun ki, məktub yazmağa imkan vermirlər”.

 Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov, həmçinin Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov öz ata-baba yurdlarını ziyarət etmək üçün, hazırda Ermənistan tərəfindən işğal altında saxlanılan Kəlbəcər rayonuna gediblər. Bu zaman Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə öldürülüb. 

Qondarma qurumun “məhkəmə”sinin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Tarix: 2-11-2018, 23:02
Xəbəri paylaş





Xəbər lenti