Koronavirusun ən yeni əlamətləri açıqlandı


Dad və qoxunun itməsi koronavirus infeksiyasının ən önəmli əlamətlərindən biri sayılır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın otolarinqoloqlar assosiasiyasıanın məlumatında deyilir.
Belə ki, Cənubi Koreya, Çin və İtaliyada COVİD-19 testləri müsbət çıxan xəstələrin üçdə biri qoxu hislərini itirdiklərini deyiblər. Bu vəziyyət tibb elmində anosmiya adlanır və əsasən virusla yoluxma zamanı müşahidə edilir.
“Cənubi Koreyada koronavirusa yoluxmuş insanların 30%-də anosmiya infeksiyanın əsas simptomlarından biri olub”,-deyə britaniyalı mütəxəssis Kler Hopkins bildirib.
Almaniyada isə infeksiyalı xəstələrin üçdə ikisi qoxu və dad hislərinin yox olmasından şikayət ediblər.
Fransız basketbol ulduzu, hazırda virusa görə xəstəxanada müalicə olunan  Rudi Qober də həkimlərə eyni vəziyyətdə olduğunu söyləyib.
İtaliya klinikalarının birində kardiologiya bölməsinə rəhbərlik edən Marko Metra jurnalistlərlə söhbətində 1200 xəstədən 700-də həmin əlamətlərin olduğunu təsdiqləyib.
Ekspertlərin rəyinə görə, virus xəstəliklərində anosmiyanın inkişafı, olduqca yayılmış bir haldır. 200-dən çox virus yuxarı nəfəs yollarının xəstəliyinə yol açır. Tibb mütəxəssisləri bununla birlikdə koronavirus anosmiyasının müalicəsi üçün hormonal kortikosteroidlərdən istifadə olunmamasını məsləhət görürlər. Bu xəstəliyin müalicəsini olduqca çətinləşdirir. 
Maraqlıdır ki ,dad və qoxunun itirilməsi yoluxmuş xəstə 2-3 gün ərzində özündə hər hansı bir nasazlıq hiss etmir. Ona görə də həkimlər bu cür simptomlara malik insanlara dərhal xəstəxanalara müraciət etməyi məsləhət görürlər.
“Biz əhaliyə qoxunun itirilməsinin infeksiya əlaməti olduğunu çatdırmaq istəyirik. Həmin adamlar mütləq özlərini başqalarndan təcrid etməlidirlər,” - deyə Böyük Britaniyanın otolarinqoloqlar assosiasiyasıanın prezidenti Kler Hopkins söyləyib.
Tarix: 23-03-2020, 15:58
Xəbəri paylaş





Xəbər lenti