Bu günün kəndlisi nə düşünür ?

 
 Kənddə yaşayanlar yaşam tərzinin çətin günün, yaman günün, nə olduğunu çox yaxşı bilirlər. 
Torpaqların taleyi insanların taleyidir. Çünki insanlar durmadan, dayanmadan, usanmadan torpağı yoğurur. Torpaqdan özünə çorək çıxardır, yeyəcək, deyəcək şeylər əldə edir. Bir insan bir çölün buğdasını əkir, biçir, üyüdür və çörəyə çatdırır. Minlərlə adam bir nəfərin çörəyini yeyir. Ançaq o min nəfər heç fərqində də olmur ki, bir nəfərin əyinində beş manatlıq əyin- başı olan bir kəndiçinin çörəyini yeyir. O min nəfər nə düşünmək belə istəmir, nə həvəsı var, nə də veclərinə deyil ki, bu çörək hardan gəlir. Acınacaqlı hal budur ki, əkin-biçinə başı qarışan kəndçi də kimlərə nəyin müqabilində çörək verdiyinin fərqində deyil, İlin on iki ayını çarpışan, əlləşən, çalışan kəndçi gördüyü iş barədə düşünmək belə istəmir. Bir yandan baxanda düşünsə nə olacaqdı. Onsuzda çöllərə öyrəşən bir adamın başqa işlə məşğul olması mümkün olan iş deyil. Bir tikə halal çörəyini öz əməyi , alın təri ilə qazanan insan axı nəyə görə dağa- daşa düşməli, yaşamağın digər yollarını axtarmalıdır? Artıq öz əməyinin çətinliyini, ağırlığı, ucuzluğu kənçini düşündürmür. Yalnız onu istəyir ki, bu günün sabahı da olsun, bu gün evinə balalarına çörək apardığı kimi, ağırlığından aslı olmayaraq sabah da, o biri gün də alınaçıq, üzüağ komasının qapısını taqqıldada bilsin. Əslində torpaqda çalışmaq kəndçiyə çətin gəlmir. O, bu işdən zövq alır və ləzzət duyğuları yaşayır. Əgər kimsə şəhərdən gedib ona desə ki, az özünü həlak elə, gedək şəhərə, oturaq çayxanalarda, domino oynamaq əngə verək, onda kənçi o adama pis baxar. Fikirləşər ki, ilahi, insan da işini- gücünü buraxıb saatlarla çayxanalarda oturarmı? Axı kəndçi görüb ki, çay yox, çay əvəzinə bir bardaq təmiz süd içməklə yaxşı istirahət edər. Kəndçinin vaxtı hardaydı ki, süfrə başında, yaxud stol arxasında beş saat otura. Əgər yeri belləməyən, şumlamağın vaxtı ötürülsəydi, yer təpiyər və kəndçinin asan bildiyi o ağır iş döğrudan da məşəqqətlə dönərdi. Ona gorə kəndçi gün vurub qapqara yandırdığı dərisi ilə hiss edir ki, vaxtı fota vermək olmaz, hər saatın öz hökmü, hər dəqiqənin öz qiyməti var. Ona gorə də avaralanmağa, sətil- sətil gəzməyə, vaxtını öldürməyə kəndçinin haqqı yoxdu. Bu məsulliyyəti, bu qeyrıti milyon illər öncə babalar, atalar da oğulların çiyninə qoyulub. Bu bir namus və qeyrət məsələsidir. Verilən bu düstur kimi qeyrət məsələsidir. Bu aksiomadan kənara cıxarsa, onun qeyrətinə və başqa keyfiyyətlərinə şəkk edənlər tapılar. Əslində vaxt kəndçinin yaşam tərzidir. Onun torpaqla məşquliyyəti maddi və mənəvi qidası, həyatının ayrilmaz bir hissəsidir. Və bildiyi qədər bu yaşam tərzinə biganəlik göstərə bilməz. Boş keçilən vaxt ölü doğulan uşaq kimidi. Uşağın ölü doğulmasının günahı isə heç də uşaqdan aslı olmur.
Kəndçinin yeganə bircə çətinliyi var. Dövlət qayğısı və baha başa gələn əməyini ucuz satmaq çətinliyi. Əlbəttə kəndçi baha başa gələn əməyininin, məhsulunu qanmayıb ucuz satır, demək qətiyyən düzgün olmazdı. Kənçi kimin nə işlə məşğul olduğunu yaxşıca bilir. Bilir ki, haram yolla şişman məmurlar rahat kresloda oturub, bir stəkan pürrəngi çay beş saata içir. Onu da bilir ki, kəndçinin beş aya qazandığı pulu həmin məmurlar bir axşama yeyib- içir. Bunları da məmurlar bilir. Ancaq onu da bilir ki, üstünü vurmağın xeyri yoxdur. Vuranda elə şeyi vurmaq lazımdı ki, nəticəsi olsun, Nəticəsi olmayan bir şeyə can atmağın mənası yoxdur. Kəndçi isə mənasız şeyə adət etməyib.

Əlizadə Nəhmədağaoğlu
Siam.az
Tarix: 31-03-2020, 12:44
Xəbəri paylaş





Xəbər lenti