“O vəzifəyə kasıblığın nə olduğunu bilən təyin olunsa idi, hökumət fayda görərdi”


“O vəzifəyə kasıblığın nə olduğunu bilən təyin olunsa idi, hökumət fayda görərdi”



“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi artıq beşinci ildir ki, işləyir. Yeni nazir təyin olunanda 6 ay ərzində bu qeyri-qanuni məsələlərə son qoyulmalı idi. Hər il bu qədər vəsait kəsir kimi göstərilir. Deməli, bu iş düzgün qurula bilmir”. 
Bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, ölkədə yoxsulların sayı artır: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ötən ilin büdcəsindən ayrılan vəsaitin 11%-i icra olunmayıb. Bu isə sosial ödənişlərin icrasının az olması, bəzi təyinatların ləğv edilməsi ilə bağlıdır. Olmazmı ki, yoxsul insanların gəlirlərinin hesablanması meyarları dəyişdirilərdi və ya ehtiyac meyarınin məbləği artırılardı?!
Məni narahat edən məqam budur ki, bu istiqamətdə ayrılan vəsaitdən 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib. Qeyd olunur ki, bu qeyri qanuni təyinatlarının qarşısı alınmaqla əldə olunub. 
Yaxşı olardı ki, nazirliyə əlil, müharibə iştirakçısı təyin olunardı. Yoxsulluğun, kasıblığın nə olduğunu bilən bir şəxs təyin olunsa idi, bundan hökumət də fayda görərdi”. 
Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu vəzifəyə 2018-ci ilin aprelində təyin edilib. 
Tarix: 17-06-2022, 16:35
Xəbəri paylaş





Xəbər lenti