“Saxlanılan gömrük genaralları o “poqon”ların tarixçəsini bilmirlər...”


“Həmişə biz deyən olur: Hələ 2013-cü ildən proqram sənədlərimizə Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğv edilməsini təklif kimi yazmışıq, onsuz da edəcəklər, başqa yol yoxdur, büdcəyə vergi-gömrük daxilolmaları bir mərkəzdə toplanmalıdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
N.Cəfərli qeyd edib ki, müstəqillikdən bəri ölkə iqtisadiyyatına ən çox zərbə vuran üç qurum olubsa, bunlardan biri gömrük orqanlarıdır: “Rüşvəti, korrupsiyanı bir kənara qoysaq, adamlar gömrüyün fəlsəfəsini belə bilmirlər, bu da bir kənara, hələ də, məsələn, nədən gömrük orqanı işçilərinin hərbi rütbəsi olmasını belə anlamırlar, saxlanılan genaralları belə o “poqon”ların tarixçəsini bilmirlər...”
Tarix: 21-06-2022, 08:45
Xəbəri paylaş





Xəbər lenti