Anar Qədiməliyev ittihamlara cavab verdi: "Məhəbbət Vəliyevanın heç ofisini tanımıram"


“Ünvana səsləndirilən bütün ittihamlar yalandır. Məhəbbət Vəliyeva təhsil nazirinin müavini olub sonra da bu vəzifədən gedib. Ümumiyyətlə, ofisini tanımıram və bilmirəm ki, o, haradadır... Heç bilmirəm, ofisi var, ya yoxdur. Yəni bunların hamısı mənasız şər və böhtandır. Guya onun ofisinə getsəm, nə olacaq, getməsəm, nə olacaq... Tanımıram… Harada işlədiyini də bilmirəm. Mətanət Qarayeva (İntihara cəhd edən məktəb direktorunu nəzərdə tutur-red) ilə bağlı məsələyə gəldikdə isə prokurorluq araşdırır və qısa zamanda qərarlar hüquqi qüvvəyə mindikdən sonra hamı üçün aydın olacaq. Müəllimə xaricdə ola-ola ona dərs yazılıb. Biz onun ölkədən giriş-çıxışının yoxlanılması üçün müvafiq dövlət qurumuna sorğu göndərmişik və cavab gəlib ki, ölkədən çıxıb, amma qayıtmayıb. Əlimizdə fakt ola-ola bizə deyir ki, şər-böhtan atırsınız. Onun digər məsələlərə necə reaksiya verdiyini fikirləşin…”
 
Bunu Pravda.az-a açıqlamasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.
 
A.Qədiməliyev bildirib ki, o, 2013-2014-cü illərdə ABŞ-da “Fulbright” proqramı vasitəsilə dövlət hesabına təhsil alıb: “Ünvanıma səsləndirilən “Soros fondu” ittihamları bundan qaynaqlana bilər: ““Fulbright” proqramı iki formada işləyir. Birincisində “Fulbright” proqramı səni seçir və burada proqram təminatını ABŞ hökuməti verir. İkinci halda isə bunu Azərbaycan hökuməti verir. Yəni “Fulbright” proqramı səni seçdikdən sonra Azərbaycan hökumətinin pul verməsi üçün Azərbaycan hökuməti də yenidən seçim edir. Burada dövlət hesabına gedənlərin işi daha ağır olur, çünki burada əlavə iki imtahandan keçmək lazımdır. Birinci “Fulbright” proqramının özünün imtahanından, ikincisi də dövlətin imtahanından. Mən isə ikisindən də keçmişəm. Təhsilimi alıb geri qayıtdıqdan sonra da dövlətə xidmət etmişəm.”
 
A.Qədiməliyev əlavə edib ki, bütün bu məsələlərin mahiyyəti korrupsiya ilə məşğul olanların kökünü kəsməkdir.
Tarix: 28-06-2022, 13:41
Xəbəri paylaş





Xəbər lenti