"O sahəni tam bir yaylaq xaosuna sürükləyiblər, ay zalımlar, kimi kimlə əvəzləyirsiniz..?"


Göyçayda Rövşən Zamanov kimi dəyərli bir tarzənin və musiqi məktəbinin direktorunun işdən çıxarılması qanunauyğun sayıla bilər. Ancaq heç cür mədəniyyətə uyğun sayılmaz. Bakıda Əlihüseyn müəllim kimi dəyərli sənət adamını musiqi məktəbindən üç ay öncə belə çıxartdılar. Gördüyü gözəl işləri yarımçıq qoydular. Ay zalımlar, kimi kimlə əvəzləyirsiniz. 68 yaşı var, işləyə bilirsə minnətiniz olsun ki, bu cür kadrlar iş başındadır. Sanki adamların bir missiyası var: olan -qalan dəyərli hansı kadr var, sıradan çıxarmaq. Rövşən Zamanov əyalətdə mədəniyyətimizin inkişafında önəmli rolu olan kadrdır, ondan yaralanmaq əvəzinə hörmətsiz şəkildə yola salırlar. Anlaşılan budur ki, yerinə Musiqi Akademiyasını bitirmiş 50 yaşlı  savadlı xanım  müavini təyin etmək imkanı olsa da kənardan heç bir təcrübəsi olmayan kollec məzunu bir xanımı gətirirlər, o da öz komandası ilə məktəbə  yerləşmək istəyir. Bu da kollektivdə təbii etiraz doğurur. Sonluq bəllidir: naşılar, qabiliyyətsizlər qalib gələcək. Əslində bütün kitabxanalar, teatrlar, muzeylər,  kinostudiya, musiqi məktəbi bundan da betər gündədir. Mədəniyyət sahəsini tam bir yaylaq xaosuna sürükləyiblər...
Fazil Mustafa, Millət vəkili
Tarix: 2-09-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti