Tanınmış jurnalist Naxçıvanın `boz kardinal`ına ismarıc yolladı - "Qibleyi-aləm bizdən inciməz..."

Tanınmış jurnalist Naxçıvanın `boz kardinal`ına ismarıc yolladı
"Naxçıvanın “boz kardinalı” Azər Zeynalov barədə danışacağımızın anonsunu verdiyim gündən bəzi trollar peyda olub mənə söyüş yağdırırlar. Görünür, Azər müəllim də eynilə Əli Həsənovun yolunu gedərək öz trollarına mənim üstümə qısqırdıb ki, mən də onu buraxıb “xan”a ilişim". DİA.AZ bildirir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist, son zamanlar Naxçıvandakı eybəcər mühitlə bağlı ciddi informasiyaları ictimailəşdirən Heydər Oğuz paylaşım edib.

Qeyd edək ki, jurnlistin işarə etdiyi, yni onu hədəfə götürən Azər Zeynalov Naxçıvanda Vasif Talıbovdan sonra ikinici nüfuzlu fiqur hesab olunur.

H.Oğuz daha sonra davam edir: "Azər müəllim, özünüzü çox yormayın, nə edirsiniz edin, xeyri yoxdur, biz sabah sizdən danışacağıq. “Xan” mövzusunu o biri günlərə saxlasaq, hesab edirəm ki, qibleyi-aləm də bizdən inciməz".
Tarix: 3-09-2022, 08:55
Xəbəri paylaş





Xəbər lenti