İdris Abbasov: "Torpağı ağ qızıl, qara qızıl yetirən Azərbaycanın ac və dilənçi alimiyəm"


   
"Dünya şöhrətli aktyor Van Dammın oğlu Kristofer Van Dam azərbaycanlı həyat yoldaşı ilə Qəbələnin Vəndam kəndində istirahət edir".
Mətbuat bar-bar bağırır...
Xəbərə o qədər sevindim ki, aclığım və ala bilmədiyim dərmanlarım yadımdan çıxdı. Sevincimdən, daha doğrusu, ağrılarımdan gecə gözümə yuxu getməyəcək. Bəs necə? O, dünya şöhrətli aktyordur. Mən də torpağı ağ qızıl, qara qızıl yetirən Azərbaycanın ac və dilənçi alimiyəm.
O mənim dərddən inləyən köksümdə dincəlir, kef edir, mən də əli-qolu bağlı onun kefinə baxıb səfeh kimi sevinirəm. Çarəm nədir? Sabah təsadüfən öz Vətənimdə qarşılaşsaq, o da mənə bir şapalaq vurub desə ki, çıx, itil, get Afrikaya cəhənnəm ol! "Bəçeşm!" deyib sevinməliyəm. Axı o cənab dünya şöhrətli Van Dammın oğludur! Mən isə ac, öksüz və hüquqsuz Azərbaycan vətəndaşı, nakam və bəxtsiz Azərbaycan oğluyam!
Paralel.az
Tarix: 4-09-2022, 23:16
Xəbəri paylaş





Xəbər lenti