BAKI TİKİŞ EVİNİN QARŞISINDA İZDİHAM - Əraziyə polis çağırıldı + FOTO




Hazırda Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaşanır. Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, vətəndaşlar üç gündür BTE-nin qapılarının onların üzünə qapanmasından və heç yerdə məktəbli forması tapa bilməməsindən gileylənirlər.
Onların sözlərinə görə, məktəblər isə ancaq BTE-nin emblemi olan formaların geyinilməsinə icazə verirlər. Üstəlik digər ticarət mərkəzlərində satılan formaların üçqat baha olduğunu bildirirlər.
Hazırda yaşanan izdihamın qarşısını almaq üçün əraziyə polis əməkdaşları cəlb olunub. BTE bir neçə dəqiqə əvvəl vətəndaşların hissə-hissə mərkəzə daxil olmasına imkan yaradıb.
Qeyd edək ki, bu il BTE ancaq ibtidai siniflər üçün məktəbli forması istehsal edib.
“Photostock.az”ın əməkdaşları ərazidən fotolar lentə alıb:




Tarix: 12-09-2022, 12:01
Xəbəri paylaş





Xəbər lenti