Osman Kazımovdan Gültəkin Hacıbəyliyə: - “Mən edəndə qəbahət olur, Əli Kərimli edəndə mədəniyyət?”

Osman Kazımovdan Gültəkin Hacıbəyliyə:
“Gültəkin Hacıbəyli yenə mənə papaq atıb. Şakir Məmmədov adlı cəbhəçi dostumuzun Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu ilə baglı statusuna yazdığı rəydə. Bu xanımla işim yoxdur, adını da belə unutmuşam. Əvvəl fikirləşdim ki, Novruz bayramıdır, yəqin qoz- fındıq üçün papaq atıb. Sonra yadıma düşdü ki, Novruzun sonunda papaq atılmır axı.

Xanım məni hökuməti dəstəkləməkdə, Mehriban Əliyevanı digər məmurlara nümunə göstərməkdə ittiham edib. Müsavatın müavini yazıb. Başqa müavinlər düşünülməsin deyə yazmaga məcbur oldum. Bəli, o sözü illər öncə mən demişən. Mərhum prezidentimiz Əbülfəz Elçibəyin ömür- gün yoldaşının yas mərasiminin, dəfninin təşkil edilməsində etdiyi köməyə görə Mehriban Əliyeva haqqında statusda qeyd etmişəm. Həm də o statusda xərçəng xəstəliyindən əziyyət çəkən atasını görməyə gələrkən narkotiklə şərlənən Azad Həsənov barəsində yazmışam. İki körpəsi Avropada sahibsiz qalan Azad Həsənov CM-nin 234 4-cü maddəsi ilə agır cinayətlə ittiham olunmasına baxmayaraq azad olunub. Və o Avropada ki, Gültəkin Haclbəyl ən yüksək tribunadan Azərbaycanda syiasi məhbus yoxdur deyib şivən qoparırdı...”

Bunu Müsavat Partiyasının başqan müavini Osman Kazımov Gültəkin Hacıbəyliyə xitabən bildirib. O bildirib ki, İlham Əliyevi Şuşa və Kəlbəcər azad ediləndə də təbrik edib:

“Əli Kərimli də təbrik edib. Həmin vaxt Əli Kərimlinin mövqeyini doğru hesab etmişəm. Necə olur ki, mən təbrik edəndə qəbahət olur, Əli Kərimli təbrik edəndə mədəniyyət olur?

Bu, hələ hamısı deyil. Gültəkun Hacıbəyli statusa rəydə Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun erməni əsilli olmağını qabartmaqla onun barəsində mənfi fikir formalaşdırır. Əvvəla, seçim qardaş türk xalqınındır. Qardaş ölkə prezidentliyinə namizədi aşagılamaq cəhdi siyasi mədəniyyətə uyğun deyil.

İkincisi, CXP ilə əlaqə qurmaq üçün Seymur Həzini yollarda əsir-yesir etmək nədir, Kılıçdaroğlunu erməni etmək nədir? Səmimi olun.

Üçüncüsü, Kamal Kılıçdaroğlunun seçilməməsini ən çox istəyən Azərbaycan hakimiyyəti deyilmi? Necə olur ki, Gültəkin xanımın mövqeyi hakimiyyətin mövqeyi ilə üst-üstə düşür? Deyəsən, torbadakı pişik üzə çıxır.

Papagı vaxtında və yerində atın.Yoxsa qoz-fındıqsız qalarsınız”.

Cebhe.info
Tarix: 28-03-2023, 14:01
Xəbəri paylaş





Xəbər lenti