ADAU-da ƏYRİ-ÜYRÜ İŞLƏR: Tələbə yox, AGENT YETİŞDİRİLİR - ŞOK İDDİA


"Kənd Təsərrüfatı Naziri İnam Kərimovun qohumluq əlaqələri ilə kadr islahatı aparması aqrar sahənini tamamilə çökdürdü. Aqrar təhsil ocağını - Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) də rektor əvəzi Zəfər Qurbanovu təyin etməklə məhv etdi". DİA.AZ bildirir ki, bu ittiham redaksiyamıza göndərilən məqalədə yer alıb.

Məqalənin ƏVVƏLİ BURADA: Zəfər Qurbanov xoşu gəlməyən müəllimləri BELƏ `VURUR` - Tələbələr müəllimlərə `TORBA TİKİR`

Məqalənin davamında deyilir:

"Bütün Aqrar universitet bilir ki, Hümbətov Hümbət ixtisasını bilən və heç kimin sözünə və xahişini yerinə yetirməyən tələbənin biliyinə və bacarığına qiymət verən müəllimlik peşəsini şərəfiylə yerinə yetirən biridir. Payız - qış imtahan sessiyasında Zəfər Qurbanovun tapşırığını nəzərə almayan Hümbətov Hümbət həmin tələbəni kəsdiyinə görə Zəfər Qurbanov qisasını tələbə qızın əliynən alır. Zəfər Qurbanov tələbənin ixtisasını bilən kadır kimi yetişdirmək əvəzinə agent yetişdirir.

Sanki tələbə aqrar təhsili deyildə kekebeşnik təhsili verirlər. İndi maraqlıdı tələbə qız müəllimin evində nə gəzir onun vidyosunu danışığını çəkir səsini yazır. Bu birbaşa Konstitusiyaya ziddir heç kəsi xəbəri olmadan səsini yazmaq və çəkmək özü bir cinayətdir. Zəfər Qurbanov və onun vuran əli çəkilişi və səs yazmağı tapşıran Bəşir Bağırzadə öz maraqları naminə tələbələri agent və öz əməlləri naminə cinayətkar edir.

Bəs sual yaranır ay Zəfər Qurbanov tələbələr korupsiya ilə tutulan yerlin ağsaqqalın Famil Nəsibovun səs yazısı və rüşvət alması barədə məlumatları sənə verəndə niyə onu işdən azad etmirdin tələbələr məcbur qalaraq Prokurorluğa müraciət etmək məcburiyyətində qaldı.

Tələbələri vətəni sevməyi qanunu hüququ öyrətməyə yerinə cinayəti öyrədirsən xəyanəti öyrədirsən həmin tələbə öz maraqlarına görə vətənidə dövlətidə millətinidə satar. Yaranmış vəziyyətə narazılıq edən qarşı çıxan müəllimləri bu yolla işdən çıxarmağa başlayıb".

DAVAMI MÜTLƏQ OLACAQ...

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Tarix: 29-03-2023, 13:40
Xəbəri paylaş





Xəbər lenti