BU NƏDİ BELƏ.: BELƏ HARA GEDİRİK? - Elə düşmənin istədiyi bu deyilmi?

BU NƏDİ BELƏ.: BELƏ HARA GEDİRİK?
"Səmimi olaraq deyim ki, birini yox 125-ni də güllələsələr şad olaram".

Biri belə bir status yazıb...

İnsanlar nə dediklərinin fərqində deyillərmi? Sözün çəkisini, məsuliyyətini hiss etmirlərmi?

Bu, terrora, vətəndaş müharibəsinə çağırışdır. Bunun başqa adı ola bilməz...

125 deputatın güllələnməsi o deməkdir ki, ölkə xaosun içindədir. Hər məhəllənin öz silahlı bandası var. Ölkə total şəkildə nəzarətdən çıxıb.

125 deputatın güllələndiyi ölkədə bu statusu yazanın özü, doğmaları rahat yaşaya bilərmi? Mümkün olan şey deyil. Vallahi, Şeytan Şeytanlığı ilə bir dəfəyə 125 adama ölüm arzulamır...

Zatən Azərbaycanın düşmənlərinin də, o cümlədən erməni və fars şovinistlərinin də arzusu bu deyilmi? Azərbaycanı düşmənlərinin arzusunu dilə gətirmək nə deməkdir? Yəni Azərbaycanda qan su yerinə axsın? Və bu xalq qan gölündə boğulsun? Yağı düşmən də buna baxıb bığaltı gülümsəyərək təsbeh çevirsin...

Elbəyi HƏSƏNLİ
Siam.az
Tarix: 29-03-2023, 23:09
Xəbəri paylaş





Xəbər lenti