Hansı deputat hələ də kiril əlifbasından istifadə edir? – SORĞU



Martın 30-da Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın “Çay qırağında bitib, sussuz qalan ağacların sağlığına” romanının təqdimat mərasimi keçirilib. 

Təqdimat mərasimində diqqətçəkən məqamlardan biri isə millət vəkili Aqil Abbasın avtoqrafı ilə bağlı olub. Belə ki, yazıçının avtoqraf verərkən, kiril əlifbasından istifadə etməsi ilə bağlı görüntü sosial şəbəkələrdə yayılıb. 

Bu hal isə bəzi deputatların hələ də kiril əlifbasından istifadə etməsi ehtimalını gündəmə gətirib. 
 


Görəsən, deputatlar arasında daha kimlər hələ də kiril əlifbasından istifadə edir?

Milli Məclisin deputatı Azər Badamov yazılarını latın əlifbası ilə yazdığını deyir:

“Azərbaycan çoxdan latın əlifbasına keçib. Ona görə də kiril əlifbası ölkəmizdə çoxdan gündəmdən çıxıb. Özüm də yazarkən latın əlifbası ilə yazıram”.

Deputat Sabir Rüstəmxanlı da yazarkən latın qrafikalı əlifbadan istifadə edir:

“Artıq çoxdandır ki, kiril əlifbası ilə yazmağı belə demək olar ki, unutmuşam. Yazılarımı latın əlifbası ilə rahat şəkildə yazıram”. 
Tarix: 31-03-2023, 18:51
Xəbəri paylaş





Xəbər lenti