Kommunistlər Nərimanovun heykəlinin sökülməsinə etiraz edir

Kommunistlər Nərimanovun heykəlinin sökülməsinə etiraz edir

"Nəriman Nərimanovun məğrur görünüşlü abidələri gənc nəslin mənəviyyatının vətənpərvərlik ruhunda formalaşması və zənginləşməsinin parlaq nümunəsidir. Nəriman Nərimanov milli dəyər çərçivəsindən çıxıb bəşəri dəyər haqqı qazanıb, ona qarşı ögeyliyin bəraət imkanı yoxdur. Çox təəssüf ki, aprelin 1- i axşam saatlarında Naxçıvan şəhərindəki "Böyük bağ" ərazisində olan Nəriman Nərimanovun heykəli sökülüb və yerində ağac əkiblər. Bundan əvvəl də Naxçıvanda eyni oxşar hadisə baş verib. Muxtar respublikada sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 nəfər kommunist və sərhədçinin xatirəsi üçün inşa edilmiş abidənin üst fasadı sökülüb".

Reyting.az 
xəbər verir ki, bunu Azərbaycan Kommunist Partiyasından bildiriblər.

"Azərbaycan SSR xalq xarici işlər komissarı, Azərbaycan SSR İnqilab Komitəsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci sədri, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası İttifaq Sovetinin sədri və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən birinci sədri kimi məsul dövlət vəzifələrini şərəflə daşımış Nəriman Nərimanovun abidəsinin sökülməsi bağışlanmaz haldır. Bu, Azərbaycan xalqının şanlı oğlu, böyük, məzmunlu və dərin mənalı həyat yolu keçmiş Nəriman Nərimanovun xidmətlərinə qəbuledilməz münasibətdir. Əminəm ki, Naxçıvanın sadə zəhmətkeşləri də bundan narazı qalacaqlar", - deyə partiya rəbəri Ədalət Abdinov bildirib.

O, əlavə edib ki, Naxçıvanın Azərbaycanın tərkibində qalmasında və ona muxtariyyət verilməsində xüsusi rol oynayan Rusiya ilə Türkiyə hökuməti arasında bağlanan Moskva nüqaviləsinin 102-ci ildönümündə bu tarixi hadisənin baş tutması üçün var-gücünü sərf edən N. Nərimanova münasibətdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin mövqeyi anlaşılmazdır.
Tarix: 2-04-2023, 13:29
Xəbəri paylaş





Xəbər lenti