Məhkəmələrimizi böhranlı şəraitə yuvarladanlar… - ELDAR SABİROĞLU

Məhkəmələrimizi böhranlı şəraitə yuvarladanlar… - ELDAR SABİROĞLU

O dövlətdə ki, məhkəmə sistemi qanunlar üzərində qurulur, həmin dövlət daha möhkəm və daha güclü olur. Mən bir insan olaraq məhkəmələrimizi bu cür görmək istərdim. Çox təəssüf ki, Azərbaycanda məhkəmə sistemi hələ də köhnə sovet dövründən qalma açınacaqlı həyatını yaşamaqdadır.
Əgər bir nazir bilsə ki, vətəndaşın hüquq və azadlıqlarını kopud qayda da pozur və bunun cavabı məhkəmə tərəfindən sərt cəzalandırma ilə bitər, həmin nazir hər hansı qeyri-qanuni hərəkətə qətiyyən yol verməz.

İndi nəyin şahidiyik? Məsələn, dünən agır cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunan şəxsə qarşı mülayimləşən münasibət, yəni bu gün onun məhkəmələrimiz vasitəsi ilə müsadirə edilən əmlakının geri qaytarılması barədə çıxarılan qərarlar artıq adət halını alıb.
Onda belə çıxır ki, məhkəmənin hakimi hansısa maraqlarının təminatı üçün dövlət adından bu cür qərarlara imza atır. Vallahi-billahi ayıbdır. Məhkəmələrimizi böhranlı şərait içərisinə yuvarladanlar dövlət tərəfidən haçansa cəzalandılacağını unutmasınlar.
Eldar SABİROĞLU
Tarix: 2-04-2023, 14:27
Xəbəri paylaş





Xəbər lenti