Şəhid qardaşı ilə aparıcı arasında “söz atışması”: - “Öz övladlarınızı fəda edin”

Şəhid qardaşı ilə aparıcı arasında “söz atışması”:
Vətən Müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı, elmi işçi Elyar İslamoğlu ilə aparıcı Zülfiyyyə Bayramova arasında qalmaqal yaşanıb. Siam.az “Sherg.az”a istinadla xəbər verir ki, buna səbəb aparıcının övladlığa götürdüyü oğlunun şəhid olması ilə bağlı açıqlamasından sorna İslamoğlunun feysbukda yazdığı status olub:

“Övlad sənin deyilsə, nə asandır fəda etmək. Öz övladlarınızı da fəda edin, sonra pafosla danışarsınız”.

Bunun ardınca Z.Bayramova “Mənim haqqında danışdığım Əmrah Bayramov bu şəkildəki igiddir. Əgər siz məni yanlış anlamısınızsa, buyurun şəkilə diqqətlə baxın. Bəli, bu, bizim Əmrahdı, Elyar İslamoğlu.

Diqqətli olmaq lazımdı. Kimsəni ittiham etməyə tələsməyin. Allah bütün şəhidlərə rəhmət etsin” sözlərini qeyd edib.
Tarix: 13-04-2023, 22:44
Xəbəri paylaş





Xəbər lenti