"Yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq..." - NƏ BAŞ VERİR?

"Yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq..."
Ali Attestasiya Komissiyasının hazırkı eksperti: “AAK lüzumsuz bir qurumdur...Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığınpı düşünürsə, yanlış düşünür... Onun bundan sonra təkmilləşdirilməsi isə dağılmaqda olan avtomobilə təzə motor qoyulması kimi şeydir”

Bir riyakarı ifşa etdiyim üçün mənə irad tutan dostlara: Mən – doğmam olsa belə – ümumi və milli maraqlara zidd davranıb şəxsi marağını təmin edənlərə, həqiqətə tüpürən, riyakarlığa, satqınlığa, münafiqliyə, müftəxorluğa, dəstəbazlığa “hə” deyən varlıqlara nifrət edirəm. Yazdıqlarımda akademşəbəkənin iftira qutusu olan şəxs kimi şayiələrə, yalanlara deyil, faktlara əsaslanıram. Belələrini “üz üzdən utanar”, ya “işim keçir” prinsipi üzrə ifşa etməkdən çəkindiyimiz üçün bu gündəyik.
Dəfələrlə şahidi olmuşam ki, bir professorun fəaliyyəti sabahımızı məhv edir. Etiraz etmişəm, əsəb xərcləmişəm, bir neçə dosentlə bu haqda danışanda hamısı deyib ki, o professor mənə çörək verib, mən onun haqqında yaxşı sözdən başqa heç nə deyə bilmərəm. Alimizm nə dövlət, nə millət tanıyır. Onun tanıdığı cib və xəyanətdir.
Görün, bu qəbil alimlər nə qədər zərərlidirlər və dövlət, xalq , ölkə üçün nə qədər böyük təhlükələr yaradırlar.

"Yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq..."
"Yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq..."

Birmənalı olaraq deyirəm ki, ölkəni inkişafa qoymayan beyinləri qarınlarında olan mövcud alim təfəkkürüdür. Böyük akademik fəalkətin içindəyik!
Mən iftira qutusunun özünə yaraşdırdığı və iç üzünü bir qədər işıqlandıran sözlərini öz səhifəmdən skrin edib buraya qoymuşam. Adam mənim səhifəmdə provokasiya ilə məşğul olur, arxada gizli sövdələşməyə gedir, ləğvi üçün gəncləri səfərbər etdiyi qurumda işə düzəldikdən sonra başlayır 180 dərəcə dönməyə. Bu nə əxlaqdır?! Məlum hərəkətini qınayanda akademşəbəkənin humanitar qanadına qısılıb haqqa qarşı hücuma keçir. Hətta son yazısında İsa Həbibbəylini köməyə çağırır, yalmanaraq deyir ki, bu İdris Abbasovu şərləyək tutduraq, canımız qurtarsın, rahat bağ-bağatlarımızın sayını artıraq, maşınımızı təzələyək, millət balalarını rahat istismar edək və s. Bir adamın neçə sifəti olar?!
2018-ci ildə İnstitutun iclasında İsa Həbibbəylinin xoşuna gəlmək üçün bir qadın və bir kişi qoçu üstümə hücum çəkmiş, hətta məni döyməklə və üzə dirənib şərləməklə hədələmişdirlər. Bu şər əməllərinə görə, akademik vitse-prezident onların hər ikisini vəzifə ilə təltif etmişdir. Hətta akademik, həmin vaxt dostları və yaxınlarının işlədiyi müvafiq quruma əli girdiyi və sözü keçdiyi üçün qadın üçün yeni qurum yaratdırmış və onu da sədr təyin etdirmişdir. İndi zavallı iftira qutusu elə bilir ki, mənə böhtan deyəcək, Həbibbəyli ona da bir “xələt” verəcək, necə ki, AAK sədri riyakarlığını dəyərləndirib. Belə riyakarlıqla məşğul olan alimə hansı dövlət bel bağlaya bilər?
Xatırladıram ki, o şəxs heç vaxt mənim maraq dairəmdə olmayıb, sadəcə, 2020-ci ildə mələk donunda səhifəmə girib iblisanə zərərli fəaliyyətlə məşğul olması ilə diqqətimi cəlb edib. Haqqımda vaxtilə xoş sözlər deyib. Amma bu, prinsipə xəyanət etməyə haqq qazandırırmı? Onun haqqında nələr demirlər mənə. Deyirəm ki, mənə maraqlı deyil. Mən şahidi olduğum və adamın alim qiyafəsinə girib pis nümunə olan hərəkətlərini ifşa edirəm. Yoxsa deyirlər ki, Misir Mərdanov onu Təhsil Nazirliyində "gəlirli" bir şöbənin müdiri qoyubmuş və iftira qutusu orada 1 milyon mənimsədiyinə görə 4 ili tamam olmamış nazirlikdən qovulub. Deyirəm ki, mən belə şeylərə inanmıram, çünki nə şahidlik etmişəm, nə şərik olmuşam, nə də əlimdə rəsmi sənəd var. Amma müdafiə etdiyiniz bu zərərli qutu riyajkarlığını faktla ifşa etdiyim üçün heç bir fakta söykənməyən iftiralar yağdırır. Müsahibim deyir ki, sən də de, yalançının atasına lənət! Nə deyirəm? Olsun!
...Bəlkə də psevdoalim donuna girib incitdiyiniz, iztirab yaşatdığınız Vətən övladlarına Allahın yazığı gələcək və xain niyyətləriniz tezliklə tar-mar olacaq.
Düzdür, təkbaşına, maddi cəhətdən kasıb həyat tərzi yaşamaqla ayaqda durmaq və pislik sürüsünü ifşa etmək çox çətindir. Amma bu işdə göydə Allaha, yerdə Azərbaycan Dövlətinə, onun Rəhbərinə və Konstitusiyasına inandığım üçün heç bir zərərli şəbəkəyə qoşulmadan böyük ümidlərlə yoluma davam edirəm.
2015-ci ildən Nəzəri dilçilik şöbəsinin müdiriyəm. Bu, çoxlarını narahat edir. Axı ən çox müzakirə bu şöbədə olur. İdris Abbasovun nə özü rüşvət alır, nə də başqalarına imkan verir ki, gəlib “əməlli-başlı” şöbə müdirliyi etsinlər. Köks ötürürlər ki, Abbasov kimi “səfehin əlkütlüyü” ucbatından 10 minlərlə manat əllərindən çıxır. Mən onların bu niyyətini alimliklə deyil, çaqqallıqla eyniləşdirirəm. Bu ənənəni davam etdirən qəlbsizlər Vətən uğrunda şəhid olan cavan balalarımızın ruhundan utanmırlarsa, belələrinə insan demək günahdır. Elmdə ilk növbədə bu mənəviyyatsızlığın qarşısı alınmalıdır. Milli mənəviyyatımızı korlayan rüşvət çaqqallarının qarşısının alınması üçün bəlkə nömrələnmiş pullardan istifadə olunmalıdır?! Çünki bu nataraz yola dadananlar üçün Vətəni və insanlığı satmaq 2x2 qədər asandır.
Xatırladım ki, akademiya institutlarında elmlər doktoru, şöbə müdiri ilə baş elmi işçinin maaşı eynidir, yəni mən şöbə müdir olsam da, olmasam da, eyni 660 manat maaşı alacağam. Mənim üçün adımın şöbə müdiri, ya baş elmi işçi yazılmasının heç bir təfavütü yoxdur. Sual: Bəs niyə şöbə müdiri olmaq üçün əldən-ayaqdan gedirlər? Bax, bu məqamın üzərində düşünmək lazımdır.
Mahiyyət etibarilə, institutda şöbə müdiri olmaq elmi tədqiqat işinin rəhbəri olmaq, maaşdan, yaxşı işinə görə mükafatdan başqa, heç bir gəlir güdməməkdir. Reallıq isə bambaşqadır. Şəxsi maraq naminə bu müdirliyin başını o qədər böyüdürlər ki, bəs deyirsən, icra başçısıdır. Mən elmdə bu murdar reallığa qarşı çıxmışam və çıxacağam da.
Dissertant, doktorant mövsümünün başlanması akademşəbəkə üzvləri üçün ideal qazanc və millət balaları üzərində feodalsayağı nüfuz fürsətidir və vasitəsidir. İndi İnstitutda 115 dissertant və doktomüdafiə üçün növbədə gözləyir. Necə deyərlər, növbə nə qədər uzun olsa, bir o qədər yaxşıdır.
Və alimizmi ifşa etmək missiyası mən yetimin bəxtinə düşüb. Elmi mühitdə nələr görmədim, İlahi?! Şahidi olduqdan sonra anladım ki, bu gün ölkədə alim zümrəsi XIX əsr ruhani zümrəsindən 10 dəfə təhlükəlidir.
Qeyd 1. Akademşəbəkənin 70 yaşlı “Fəttah ağa”sı tənqidlərimin təmənnalı olduğunun zənn edir ). Ay “Fəttah ağa”!, maraqlansan, görərsən ki, mən özümü dərk edəndən bəri nə qədər çətin və məşəqqətli, iztirablı və stresli olsa da, oxuduğum, xidmət etdiyim, təhsil aldığım, işlədiyim yerlərdə haqsızlıqlara qarşı susmamışam, nöqsanları dilə gətirməkdə ömrümdən pay verməyi əsirgəməmişəm. Sən isə canına qulluq etməkdə, ağaların kimi əsəblərini qorumaqda, yüz mövqe dəyişməkdə pis nümunəsən!
Bu yolda sağlığım tükənsə də, ölümlə görüşsəm də, müftəxor, yal üçün mənəvi dəyərlərimizi hərraca qoyan, dolayısilə körpələrimizin qanını içən alim-üləmanın yolunu tutmamışam və tutmayacağam da. İstəklərimdə maksimum ölçülü qalacağam!
Qeyd 2. 68 yaşına qədər susub bir kəlmə səhifəsində tənqid yamayan adam necə olur ki, 2020-ci ildə birdən-birə səhifəmdə peyda olur və başlayır doktorant və dissertantları əsl hədəfdən yuayındırmağa?! Təbii ki, bu iftira qutusunun bəd niyyəti sonradan məlum olur. Doktorantlar qanunsuz qərarın ləğvini və tezliklə haqlarına qovuşmalarını tələb etdikləri halda, bu iftiraçı provokator bundan sui-istifadə edərək gəncləri əsl hədəfdən yayındırmağa, mümkünsüz bir istiqamətə təhrik etməyə çalışır. Saf insanların bu iftira qutusunu müsbət xarakterizə etdiyini nəzərə alıb mən də ona öz feysbuk səhifəmdə ehtiramla, nəzakətlə cavab verir və yazdıqlarını silib səhifəmdən rədd etmirdim. Necə deyərlər həyama qısılmışdım. Görünür, həyasızların qarşısında həyaya qısılmaq böyük səhv imiş. Mən həbilərə, əlilərə, vəlilərə – dostum, qohumum olsa belə – antimilli əməllərinə, ictimaiyyəti, dövləti, xalqın təcrübəsiz balalrını aldatdıqlarına görə güzəştə gedə bilmərəm. Ona görə pisniyyətli, antimilli, vicdansız, fürsətcil, alim adına xəyanət edən şəxslərəüzümü tutub deyirəm: Mənə “yaxşılıq” etməyin! O yaxşılığınız başınıza dəysin!

İdris Abbasov - Professor
Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri
DİA.AZ
Tarix: 17-04-2023, 18:13
Xəbəri paylaş





Xəbər lenti