Göyçay sakininin avtomobilinin əsassız yerə müvəqqəti duracağa yerləşdirilməsi iddiası ilə bağlı DİN-dən açıqlama


Göyçay sakininin avtomobilinin əsassız yerə müvəqqəti duracağa yerləşdirilməsi iddiası ilə bağlı DİN-dən açıqlama
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Sənan Mahmudovun avtomobilinin əsassız yerə saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsi və ona qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
Belə ki, S.Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verildiyi müəyyən edilib və yerində aradan qaldırılması mümkün olmadığından avtomobil sürücünün də iştirakı ilə müvəqqətə duracağa yerləşdirilib, akt tərtib olunub. Daha sonra ekspert dəvət olunaraq avtomobilə baxış keçirilib və arxa yayların kəsilərək normalara uyğun olmaması bir daha əyani şəkildə S.Mahmudova göstərilib. Törətdiyi qayda pozuntularına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 342.2.3-cü (Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələri ilə protokol tərtib edilərək barəsində inzibati tənbeh tədbiri görülüb.
Siam.az
Tarix: 18-04-2023, 23:58
Xəbəri paylaş





Xəbər lenti