Talışda ilk toy sevinci


Ramazan bayramı günlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə 
rayonun Talış kəndində yeni məskunlaşmış Camalovlar ailəsini qəbul 
edblər. Qəbul zamanı icra başçısı və deputat gənc ailənin qayğıları ilə 
maraqlanıb, yeddi və beş yaşlı övladları  Yusif və Tuncaya kiçik toyları 
münasibəti ilə qiymətli hədiyyələr təqdim ediblər. Uşaqlar hədiyyələri 
sevincilə qarşılayıblar.
Uşaqların valideynləri- Türkan və Anar Camalovlar doğma ocaqlarında ilk 
xeyir işlərini qeyd etdiklərini, onlara gözəl şərait yaradıldığını bildirərək, 
göstərilən diqqət və qayğıya görə Qalib Ali Baş Komandan cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Tarix: 23-04-2023, 21:48
Xəbəri paylaş





Xəbər lenti