İcra başçısı Prezident qarşısında yenə biabır oldu - VİDEO


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti uğursuz davranışı ilə gündəmə gəlib.
Bakupost.az xəbər verir ki, hadisə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala rayonuna səfəri zamanı baş verib.

Belə ki, səfər zamanı prezident və xanımı "Azerbaijan Fish Farm"a da baş çəkiblər. Mehriban xanımın zavoddan lentə aldığı görüntülərdən icra başçısı Mirhəsən Seyidovun yenə də naqolay vəziyyətə düşdüyü aydın olur.



Belə ki, xeyli vaxtdır, Neftçala rayonunun icra başçısı olsa da, Mirhəsən Seyidov hələ də balıq növlərini ayırd etməyi öyrənməyib. O, zavoddakı balıqlardan birini "nərə cinsli balıq" kimi təqdim edib. İlham Əliyev isə icra başçısının səhvini düzəldərək, həmin balığın nərə cinsli olmadığını deyib.


Amma bu hələ harasıdır? İcra başçısı nərəkimilərin növlərindən olan albinosu "alfinos” adlandırıb və bu dəfə də Prezident onun səhvini düzəldib.


Qeyd edək ki, vaxtilə icra başçısı təyin olunmaları ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovu qəbul edən Prezident İlham Əliyev ona yaxın oturduğu üçün Seyidova irad bildirmişdi: "Sən yaşca kiçiksən, yerini dəyiş".

Daha ətraflı videoda:


Tarix: 24-04-2023, 14:16
Xəbəri paylaş





Xəbər lenti