Mingəçevirin icra başçısının əmisi gəlni LİSEYİ qumarxanaya çevirib?- VİDEOFAKT


Elm və Təhsil nazirliyi adı qumar qalmaqalında hallanan LİSEY direktoruna “gözün üstə qaşın var deyə bilmir”.Çünki o Mingəçevirin icra başçısı İlham İsmayılov cənablarının çətiri altında qorunur.
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən VİDEOFAKT göndəriblər.
Bizə göndərilmiş olan videoya baxdıqda məlum olur ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin şagirdləri bu təhsil ocağını qumaraxanaya çeviriblər.
Deməli sözügedən LİSEYDƏ “dərə xəlvət Tülkü bəydir”?!
Belə ki, Humanitar təmayüllü liseyin direktoru Aidə İsmayılovanın həyat yoldaşı Nəriman İsmayılov icra başçısı İlham İsmayılovun əmisi oğludur.
Belə olmasaydı xanım direktorun idarə etdiyi təhsil ocağında özbaşınalıqlardan tutdun korrupsiya qədər çoxsaylı faktlar ört-basdır edilməzdi.
Onu da qeyd edək ki, xanım direktorun həyat yoldaşı Nəriman İsmayılov Mingəçevir şəhər icra hakimiyyətinin 2 nömrəli sahə ərazi inzibati dairəsində İcra nümayəndəsinin müavinidir.
Məlumatı göndərən mənbənin iddiasına görə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin şagirdləri həm də illik 1500 manat verib hazırlığıa gedirlər.
Yəqin ki, baş verənlərlə  bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi eləcə də Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova səsləndirilən ittihamları araşdırıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir

Yuxarıda qeyd edilənləri nəzərə alara inanırıq ki, Elm və Təhsil nazirliyi də sözügedən Liseydə səsləndirilən ittihamlarla bağlı müvafiq araşdırmalar aparıb İCTİMAİƏTƏ AÇIQLAMA verəcəkdir.
Səsləndirilən idia ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Lisey şagirdlərinin qumar oynaması videosunu təqdim edirik:

Dünyanınsəsi.Az
Tarix: 25-04-2023, 11:46
Xəbəri paylaş





Xəbər lenti