Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB


 
Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.
E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur: “Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir”. (oxu.az)
Tarix: 28-04-2023, 22:43
Xəbəri paylaş





Xəbər lenti