`NİKOLAYDAN QALMA` məmurlarımız... - AXI NİYƏ?!

`NİKOLAYDAN QALMA` məmurlarımız... -
Biz bir media olaraq insan azadlıqlarına, insan hüquqlarına hörmət və ehtiramla yanaşırıq. Amma azadlığın da bir MƏSULİYYƏT deyilən sərhəddi var. Çox üzr istəyirik, hansısa məmur dövlət qurumunun binasını, dövlətin verdiyi xidməti kabineti az qala şəxsi kabinet kimi istifadə edir, istədiyi oyundan, əməldən çıxır... Bunun adı azadlıq və insan haqqı ola bilməz. Yəqin ki, diqqətli oxucular söhbətin bir müddət əvvəl FHN-nin binasında baş verən intim oyunlardan getdiyini bildi.
Yeri gəlmişkən, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Və rüsvay olan qadınlar FHN-nin vəzifəli şəxsindən dəymiş mənəvi ziyana görə təzminat tələb edirlər. Bütün bunlar azmış kimi, son günlər FHN-lə bağlı daha bir olay mediada yayılıb.
Birincisi, Fövqaladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın xidməti kabinetindən yayılan şəkildən görünür ki, xanım general başınınn üstündən Çar Rusiyasının imperatoru Nikolayın şəkilini asıb. İlk öncə, xanım general-mayordan soruşmaq istəyirik ki, sənə general rütbəsini Nikolay verib..?

İkincisi, sən hansı dövlətin generalısan, xanım Şirinova.. Üçüncüsü, Nikolayın şəkilini evində, bağında başının üstündən assan, bizim sənə zərrə qədər iradımız olmaz. Sən Azərbaycan dövlətinin rəsmi qurumu olan FHN-də, xidməti kabinetində Nikolayın şəkilini asmısan. Bu dövlətin qurucusu Ulu Öndər, hazırda prezidenti isə cənab İlham Əliyevdir. Bütün dünyada rəsmi qurumlarda dövlətin başçısının şəkili asılır. Sənin Nikolay sevdalısı olmağını anlamaq olmur.
Bir daha deyirik ki, istəyirsən evində, yataq otağında Nikolayın şəkilini as, amma dövlət qurumunda olmaz. Qısa məlumat üçün qeyd edək ki, bu general xanım uzun illər Dövlət Gömrük Komitəsində kadr məsələlərinə baxıb və 17 ildir FHN-də kadr məsələlərini həll edir.
Təsəvvür edirsiniz az qala 30 ildir ki, bu xanım mühüm dövlət qurumlarında kadr məsələsinə rəhbərlik edir. Görəsən bu xanımın hansı igidliyinə, qəhrəmanlığına, şücaətinə görə, ona general-mayor rütbəsi verilib..?
Buyurun və əmin olun ki, Fövqəladə Hallar Nazirliyində Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor olan Şirinova Sevda Azər qızının tərcümeyi-halı barəsində ölkə mediasında bir cümlə, bir söz tapa bilmədik. Bu hələ harasıdır..?
Sevda Şirinova FHN-də kadr məsələsini öz bildiyi kimi həll edirmiş. Bəli, son günlər yayılan məlumata görə, FNN-nin 20 əməkdaşını toya getmək səbəbi ilə Sevda Şirinova işdən qovub. Onların arasında yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləri də var.
Doğrudan da maraqlıdır ki, məgər toya getməyə görə, 20 əməkdaşı birdən vəzifədən çıxartmaq, işdən qovmaq hansı qanuna uyğundur. Yəni töhmətlə, yaxud başqa bir cəza ilə də məsələni həll etmək olardı. Mediada yayılan məlumatdan bəlli olur ki, əslində toy neçə ay əvvəl olub, yəni toy məsələsi Sevda Şirinova üçün bir bəhanə imiş.
Belə ki, FHN-də 20 nəfərin vəzifəyə düzəlməsi 1 milyona yaxın edir. İndi bildinizmi, general xanım FHN-də kadr məsələlərini necə həll edir..? Hələ sosial şəbəkədə yazırlar ki, (biz yazmırıq haa, sosial şəbəkədə yazırlar), yaxın zamanda bir maraqlı video da yayılacaq. Bizi izləyin. //gundelik-baku.com//
Tarix: 29-04-2023, 08:51
Xəbəri paylaş





Xəbər lenti