Aprelin 28-də Baş Prokurorluq “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlova bəraət verilməsi ilə bağlı məhkəmə hökmündən protest verildiyi haqda açıqlama yaydı.
Hurriyyet.az xatırladır ki, həmin açıqlamada qeyd olunurdu: “Bəzi sosial media səhifələrində “Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb.
Belə ki, Füzuli Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri təqsirləndirilməsi barədə cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.
Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib
”.
Füzuli AdıgözəlovHurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Füzuli Adıgözəlov “Güllübulaq” MMC-nin 3 təsisçisindən biri ol
ub. Şirkətin təsisçiləri arasında pay bölgüsü belədir: Eyyubova Dilbər Məcid qızı - 25 %, Adığözələv Fizuli Qəşəm oğlu - 25 %, Cengiz Nürettin Ali oğlu (Türkiyə Respublikasının vətəndaşı ) - 50 %.
Şirkətin əvvəlki rəhbəri Mirzəyev Səyyad Heydər oğlu,
indiki rəhbəri
isə Ramazanov Mehdi Cahangir oğludur.
Bütün bunlardan aydın olur ki, Fizuli Adıgözəlöv heç vaxt MMC-nin faktiki rəhbəri olma
yıb. Lakin maraqlıdır ki, Baş
Prokurorluq Fizuli Adıgözəlovu “Güllübulaq” MMC-nin
“faktiki rəhbəri
” kimi qələmə verərək,
onu 10 il
müddətinə azadlıqdan məhrum etdir
ib.Bəzi iddialara əsasən, Fizuli Adığözəlov
əslində sifarişlə həbs e
dilib. Zənnimizcə, Bakı Apellyasıya Məhkəməsi
nin ona bəraət verib
, azadlığa buraxm
asının ardınca Baş Prokurorluğun işə müdaxilə etməsi də kifayət qədər müəmmalıdır. Görünür, “Eyyubovların sifarişi ilə tutulan şəxsə bəraət vermək məhkəmə sədarətinin başı üçün deyil”, - kimi söz-söhbətlərin yayılması da məhz burdan qaynaqlanır.Bu isə haqlı bir sual da yaradır, “sifarişçisi Eyyubovlar olan
” Fizuli Adıgözəlova kim bəraət verdirə bilər
di? Şübhəsiz, ölkə rəhbərliyində ən yüksək səlahiyyət sahibi olan məmurlardan biri. Hansı ki, sosial şəbəkələrdə bu məmurun Birinci vitse-prezident olduğu haqda iddialar da var. Əgər belədirsə, Birinci vitse-prezidentin bəraət verdirdiyi
şəxsə (məhkəmənin hökmündən)
protest vermək kimin başı üçündür?
! Bəlkə, bunu məhkəməyə təsir etmək gücünə malik olan, eyni zamanda dolayısı ilə Eyyubov
lara qarşı çıxan, maraqları
onlarla toqquşan və
onların hərəkətlərini heç cür həzm etməyən hansısa məmur etmişdir?
Deməli, məhz buna görə də Eyyubov
lar tərəfindən təkrar verilmiş
sifarişə əsasən Baş Prokurorluq protest vermişdir.
Yəni sifariş davam edir!
Baxmayaraq ki, Apellyasiya Məhkəməsi ədalətli
qərar çıxarmışdır, eyni zamanda sifarişi
aradan götürmüşdür və məlum şəxslərin iradəsinə zidd hərəkət etmişdir.
Lakin gələcəkdə Apellyasiya Məhkəməsi
sədrinin və o hökmü çıxaran hakimin müqəddaratı da sual altındadır.
İndi hər kəsi bir sual düşündürür, görəsən Ali Məhkəmənin sədri İnam Kərimov
sifarişi qəbul edəcəkmi?
Hurriyyet.az
Tarix: 3-05-2023, 16:33