Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib



Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid Şaban Cəfərov 
adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, Dayaq Vətən Müharibəsi əlillərinə 
və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Vətən Müharibəsi qaziləri, 
veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 3-cü qrup Vətən 
Müharibəsi əlili Mehdizadə Elmin Elgün  oğlunun toy mərasimində iştirak edib.
Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində 
göstərdiyi döyüş şücaətlərindən danışıb. Elminin torpaqlarımızın ərazi bütövlüyünü 
qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının 
qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.
İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət 
diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız 
olduğunu bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə 
diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının 
qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə 
kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının 
dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını 
çatdırıblar.
İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını 
qürurlandırıb.
Qeyd edək ki, qazi Elmin Mehdizadə Talış və Suqovuşan kəndləri uğrunda gedən 
döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab 
İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” 
medalları ilə təltif olunub. 
Tarix: 6-05-2023, 09:21
Xəbəri paylaş





Xəbər lenti