“Nar” dan yeni xidmət: “İmzalı zəng”




“Nar”, abunəçiləri üçün zənglərə şəxsi imzasını qoymağa imkanı verən yeni “İmzalı zəng” xidmətini 
təqdim edib. Belə ki, sizin zənginizi qəbul edən şəxs nömrəniz ilə yanaşı, təyin etdiyiniz mətni yəni, 
imzanızı da görə bilir. Beləliklə, kim olduğunuz və nə üçün zəng etdiyiniz dərhal anlaşılır. 

“İmzalı zəng” xidmətinə qoşulmaq üçün abunəçilər 5111 nömrəsinə SMS vasitəsilə START yaza və ya 
*511#YES şifrəsini yığıb açılan meynuda 1 yazaraq abunəliklərini təsdiqləyə bilərlər. 
Korporativ tariflər üçün “İmzalı zəng” xidmətinin aylıq abunə haqqı 1,99 AZN, öncədən ödənişli tariflər 
üçün isə gündəlik istifadə haqqı 0,10 AZN təşkil edir. Həmçinin, qeyd edilən xidməti sınaq müddətində 
yoxlamaq imkanı da var: korporativ abunəçilər 30 gün, fərdi istifadəçilər isə 3 gün pulsuz istifadə edə 
bilərlər.  “İmzalı zəng” xidməti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 
Qeyd edək ki, “Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinə hər zaman innovativ 
xidmətlər təqdim edir. Mobil operatorun bütün məhsulları haqqında nar.az saytından ətraflı məlumat əldə 
edə bilərsiniz. 
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator 
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim 
edir.
Tarix: 12-05-2023, 16:41
Xəbəri paylaş





Xəbər lenti