BANKLAR DATALARI DƏLƏDUZLARA SATIR? – ŞİKAYƏTÇİDƏN İDDİA

BANKLAR DATALARI DƏLƏDUZLARA SATIR? – ŞİKAYƏTÇİDƏN İDDİA


“Azərbaycan Beynəlxalq Bankı”ndan şikayətçiyəm. Əminəm ki, banklar dələduzlarla əlbirdir və dataları satıblar.
Tribunainfo.az xəbər verir ki, belə bir iddianı şikayətçi Elşən Süleymanov irəli sürüb. O bildirib ki, illərdir işlətmədiyi ABB kartından oğurluğa cəhd olub. Şikayətçi sual edir ki, aktiv olmayan kartın datalarını dələduzlar necə əldə edə bilər:
“Deməli, telefonuma otp kodlar gəldi. Sonra isə pul çıxmaq istəməsi ilə bağlı təsdiq. Deməli, otp kodu heç kimə vermədən baş verdi bu. Əlavə olaraq qeyd edilib ki, kartın müddəti bitib. Mənim Beynəlxalq Bankda müddəti bitmiş 1 kartım olub. Onun da 9-10 ildir ki, müddəti bitib. İndi ABB, gəl, açıqlama ver buna. Bu kart aktiv kart olsaydı, balansdan pul silinəcəkdi.
Sonra kartları yoxlayıram, bu müddəti bitmiş kart deyil, visa eco kartın əks tərəfində yazılan rəqədmlərdir. Artiq 100% eminəm ki, bu banklar dələduzlarla əlbirdi, dataları satıblar?”
Tarix: 23-11-2023, 21:52
Xəbəri paylaş





Xəbər lenti