İcra başçısı Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub

İcra başçısı Azad Qaraqoyunlu kənd  tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 320
şagird yerlik Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə
yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların
qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-
tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma
hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn
komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl
olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son
qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi olduğunu bildirib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat
verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan
həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə
uğurlar arzulayıb.
Tarix: 24-11-2023, 16:11
Xəbəri paylaş





Xəbər lenti