Məktəblərdə valideyn komitələri LƏĞV OLUNSUN – Sabiq təhsil nazirindən məntiqi açıqlama..

Məktəblərdə valideyn komitələri LƏĞV OLUNSUN – Sabiq təhsil nazirindən məntiqi açıqlama..
Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində valideyn komitələri fəaliyyət göstərir. Valideyn komitələrinin rolu müəllimlə valideynlər arasında vasitəçilik, təhsillə bağlı müsbət təşəbbüslərlə çıxış etməkdir. Amma valideyn komitələrinin işi bayramlarda, müəllim və direktorların doğum günlərində pul yığmaqla məhdudlaşır. Bununla bağlı mediada kifayət qədər faktlar ictimailəşib.

Valideyn komitəsinə doğrudan da ehtiyac varmı?

Sabiq Təhsil naziri Firudin Cəlilov bildirib ki, çox kiçik maaşla işləyən müəllimlərə valideynlərin kömək etməsi, bu gün elə də ciddi məsələ deyil:

“Fikrimcə, Valideyn komitəsinin olması yaxşı addımdır. Bunu alqışlamaq lazımdır. Lakin ümumilikdə Azərbaycanda elm və təhsil sistemi məqsədli şəkildə çürüdülür. Təhsil sistemində olan dəyişikliklər, aşağı sinif şagirdlərinin həddindən artıq yüklənməsi, lazım olmayan mövzuların dərsliklərə salınması, öyrənilməsi vacib olanların kənara qoyulması ölkədə təhsilin qəsdən çökdürülməsinə nümunədir.
Yəni Azərbaycanda manqurt, robot hazırlayan sistem işləyir. Biz bu təhsil sistemindən çıxan insanlardan nə gözləyə bilərik? Onlar nə ölkəsinin tarixini, nə də dilini bilirlər”.
Xocanın blogu...
Qeyd: Əslində məktəblərdə həyata keçirilən bütün "qara" işlərin 99 faizi bu "Valideyn komitəsi"-nin əli ilə keçirilir. Məktəblərdə müəllim və başqa vəzifəlilər üçün rüşvəti elə bu "Valideyn komitəsi" və bu komitələrində təmsil olunan "mamaşa"-ların əli ilə yığılır və əsasda nəinki yığılır müxtəlif yollarla (utandırma, basqı etmək və sairə)rüşvət verilməsinə məcbur edilir...
Tarix: 25-11-2023, 22:51
Xəbəri paylaş





Xəbər lenti