Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi niyə həbs edilib? - DETALLAR

Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi niyə həbs edilib?
Xəbər verdiyimiz kimi, mətbuatda Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin sabiq rəisi Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova (vəfat edib-red) təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verməsi, onun 90 min manat pulunu ələ keçirməsi ittihamı ilə 5 il müddətinə həbs edilib.

Sabiq şöbə müdirinin yaxınlarının Pravda.az-a bildirdiyinə görə, İ.Qurbanovun həyat yoldaşı Hafizə Qurbanova və övladları H.Əliyevlə bağlı heç bir instansiyaya şikayət etməyiblər: “Bu yalandır ittihamdır. Hafizə Qurbanova məktubunda bildirib ki, Hafiz Əliyevə nə verib ki, Ədliyyə Nazirliyinə şikayət yazsın? Qadın şikayət ərizəsinə də imza çəkmədiyini deyir. Hafiz Əliyevə pul vermədiyini bildirir. Onun yaxınları olaraq bilirik, şikayəti kim edib. Düşünürük ki, “tələ qurulub” və həbs edilib”.

Qeyd olunub ki, Qurbanovlar ailəsi Ədliyyə Nazirliyinə ittihamın yalan olması ilə bağlı ərizə təqdim ediblər.

Qeyd: “Qafqazinfo.az”ın yaydığı məlumata görə, Hafiz Əliyevlə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Xatırlatma: H.Əliyev nazirlikdə həmin vəzifəni 2019-2023-cü illərdə i icra edib.
Tarix: 14-03-2024, 13:53
Xəbəri paylaş





Xəbər lenti