Burda müştəriləri rəsmən ələ salırlar... - ŞİKAYƏT


Bir neçə gün əvvəl "Azeronline" internet provayderi ilə bağlı bir vətəndaş gileyini təqdim etmişdik...

Yazı burada - "Qoşulmayın bu şəbəkəyə..." - ÇAĞIRIŞ

Dia-az.info bildirir ki, son günlər sözügedən provayderdən şikayətlər durmadan artmaqdadır. Onlardan biri də Eldar Yəhyayevdir. O, "Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:

Burda müştəriləri rəsmən ələ salırlar...

"Şikayətim "Azeronline" internet provayderindəndir. Onlarla müqavilə 50 Mbt - dir . Lakin 5-15 Mbt-dən artıq internet verilmir.

Mobil nömrələri yoxdur. Zəng edirsən 15-30 dəqiqə telefonda saxlayıb konturumuzu qurtarırlar. Burdan da əlavə pul qazanırlar..."
Tarix: 25-03-2024, 12:06
Xəbəri paylaş





Xəbər lenti