Nazir müavinini həyat yoldaşı məhkəməyə verdi - TƏFƏRRÜAT

Nazir müavinini həyat yoldaşı məhkəməyə verdi
Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-Zadənin həyat yoldaşı generalı məhkəməyə verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.
Tarix: 30-03-2024, 14:45
Xəbəri paylaş





Xəbər lenti