Deputat taksilərlə bağlı qərarı tənqid etdi: "Sürücü işləyən şəxs "çörəkpulu" olmayan, işsiz insandır..."


“Bir çox hallarda qərarlar problemi həll etmək məqsədi yox, elə narazılıq yaratmaq məqsədi güdür. Bunu edirlər ki, dövlətin vətəndaşla hansısa şəkildə problemi artsın. Çünki birdən-birə taksilərlə bağlı bu cür qərar qəbul etmək... Onsuz da işsizliyin, məşğulluğun problemli olduğu, iş yeri ilə təmin etmək imkanları məhdud olduğu halda hələ özünə iş tapmış insanları da bu qədər məhdudlaşdırmaq, sıradan çıxarmaq bu gün Lümpenləşməyə xidmət edir. Buna görə də narazılıqlar problemi həll edə bilməməkdən, yolunu doğru tapa bilməməkdən qaynaqlanır”.
 
Bu sözləri  Milli Məclisin deputatı Fazil Mustafa deyib. 
 
“Vətəndaş niyə taksi sürücüsüdür? Çünki bunun başqa imkanı, başqa iş yeri yoxdur. Başqa iş yeri ver, vəssalam. Say azalacaq. Niyə hamı məcburən taksi işinə gəlir? Hamısı peşəkar sürücü deyil ki. Bu adam məktəbdə müəllimdir, hansısa müflisləşmiş biznesmen, yaxud "çörəkpulu" olmayan, işsiz insandır. Əlinə bir maşın düşüb, ya kimdənsə maşın alıb, kirayə, icarəyə götürüb özünü, ailəsini yaşatmaq istəyir. Nə etməlidir? Bu insanların məşğulluq problemini həll etmək lazımdır. Bu problem də sahibkarlıqla bağlıdır. Sahibkarlığın yolunu açmaq lazımdır. Bir çox məsələlər bağlıdır. Yolu açmaq lazımdır ki, insanlar iş yeri yarada bilsinlər. Dövlətin açdığı iş yerləri eyni effekti vermir. Mütləq özəl sektor açılmalı, məsələ həllini tapmalıdır”. 
Pravda.az-
Tarix: 30-03-2024, 16:02
Xəbəri paylaş





Xəbər lenti