BugünAzərbaycanSilahlıQüvvələriningiziri,2016-cıildəAprel döyüşlərindəFizuliistiqamətindəgedəndöyüşlərdəşəhidolmuşNicat Bəhruz oğlu İsgəndərovun 8-ci ildönümüdür. Bu münasibətlə şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında təşkil olunmuştədbirdəTərtərRayonİcraHakimiyyətininbaşçısıMüstəqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini, mayor Samir Bayramov, VətənMüharibəsiQəhrəmanıAzərAbdullazadə,QafqazMüsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov,şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimiigid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin,Birincivitse-prezidentMehribanxanımƏliyevanınşəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib. ŞəhidinatasıBəhruzİsgəndərov,VətənMüharibəsiQəhrəmanıAzər Abdullazadə,AzərbaycanVətənMüharibəsiVeteranlarıİctimaiBirliyinin Regional şöbəsinin sədri Vidadi Məmmədzadə çıxış edərək şəhidin döyüş yoluna nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilərin ifasında Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Sonra tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında yeni quraşdırılmış baralyefin önünə gül dəstələri düzüblər. Qeyd edək ki, şəhid Nicat İsgəndərov 1989-cu ilin 4 avqust tarixində Tərtər şəhərindəanadanolub.AzərbaycanSilahlıQüvvələrindəhəqiqihərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Təhsilini başavurduqdansonraVətənəxidmətinicəbhəninFüzuliistiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan- Ermənistantəmasxəttindəbaşverənatışmazamanıqəhrəmancasına şəhid olub. Aprelin 3-ü isə doğulduğu Tərtər şəhərində son mənzilə yola salınıb. Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Tərtər şəhərində küçələrdən birinə Nicatİsgəndərovunadıverilib,küçəningirişindəşəhidinbarelyefi quraşdırılıb. Nicat İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən “Şəhidliyə aparan arzu” sənədli film çəkilib. Şəhid Nicat İsğəndərovun valideynləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.