Azadlığa buraxılan gömrük generalının adı məhkəmə işində: “Ehtiram Xəlilovun göstərişi ilə etmişəm…”


Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadəyə hökm oxunub.  Xosrov Vahabzadə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 200-1.2.2, 200-1.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilib.  O, “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə qanunsuz tenderlərin keçirilməsində ittiham edilib. Belə ki,  gömrük polkovniki Xosrov Vahabzadə Cavid Əliyev adlı şəxsə “Azərterminalkompleks” Birliyində müsadirə olunmuş 42 ədəd avtomobili tenderdən kənar – “Audi Q7”ni 500 manata, “Mercedes C-class”ı 650 manata, “Rang Rover”i 1020 manata, “Hyundai Elantra”nı 2000 min manata və digər markalı avtomobillər satıb. Sözügedən avtomobillərin sənədləri olmayıb və istifadəyə yararsız kimi qeydiyyata alınıb.
Bununla belə, sabiq rəis “Capitals Auction” MMC-nin direktoru Tuqay Rəhimlinin şirkətinə 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30.000 manat olan 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin bir ədədini 2 manata satışını həyata keçirib.
Sabiq rəis gömrük general-mayoru Ehtiram Xəlilovun göstərişi ilə bu işi həyata keçirdiyini etiraf edib.  Məlumat üçün cumhuriyyet.az bildirir ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, daha sonra məhkəmə Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Qərara əsasən, general ev dustaqlığına buraxılıb.  Qeyd edək ki,general-mayor rütbəsini 11 il əvvəl- 25 yanvar 2011-ci il tarixində alan Ehtiram Xəlilov, 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Bu dövlət mükafatları Ehtiram Xəlilovun iqtidar düşərgəsindəki gücünün görüntüsünün rəsmi tərəfidir.Qeyri-rəsmi tərəfi isə onun yükəsk vəzifəli şəxslərlə çox yaxın münasibətlərə malik olduğunu göstərən məlumatlardır. Belə ki, Ehtiram Xəliovun 2011-ci ildə yeganə övladının toy mərasiminə gələnlər arasında hökumətin əkəsər üzvülərinin, deputatların və çox sayda icra başçısı, prokuror və polis rəisinin iştirakı haqqında məlumatlar var.  Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, övladının toyundan az sonra Ehtiram Xəlilovun qudası Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini təyin edilməsinə nail olması, onun gücünü göstərirdi.Daha güclü olması isə odur ki, gənclərin nigahı pozulduqdan dərhal sonra Mahmud Qubadov  Qaradağ rayonuna icra başçısının müavini vəzifəsindən azad olunur.
Mahmud Qubadovun bu təyinat və işdən çıxarılmasında Kəmaləddin Heydərovun böyük rol oynadığı iddia edilir. Bu arada isə dövlətin ali mükafatlarına layiq görülmüş və hökumətin əksər üzvüləri ilə şəxsi münasibətləri olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmasını gömrükçülər qorxu içində qarşılayıblar.Gömrükçülər Ehtiram Xəlilovun həbsinin 200 min manat rüşvətlə bağlı olmadığını da düşünürlər.Onlar arasında belə bir fikirlər var ki, məsələ sadəcə rüşvət almaq  olsaydı bu işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirdərdi.
Çünki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun həbsini də sistemdə  Ehtiram Xəlilovun saxlanılmasından sonrakı nəticələrdən biri hesab edirlər. Gömrükçülər Ehtiram Xəlilov ətrafında əməliyyatı  gömrükdə “təmizlənmə” nin başlanğıcı hesab edirlər.
Onu da qeyd edək ki,xidmətə 1997-ci ildə başlayan Ehtiram Xəlilov 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. O,2018-ci ildə  “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib
Tarix: 20-06-2024, 14:48
Xəbəri paylaş





Xəbər lenti