"Nazirlik bu primitiv suallara cavab verirsə... - sizin Şirkət nəyə baxır?"


"Şikayətim "Baktelecom"dandır.... Deməli, mən evə yalnız internet çəkdirmək istəyirəm. Qaynar xəttlərinə zəng etmişəm ki, bəs mənə ərazi üzrə bir nümayəndənin nömrəsini verin. Daha sonra soruşuram ki, hansı modemdən almalıyam ki, internet çəkiləndə usta 2 dəfə gedib gəlməsin. Müştəri xidmətləri mənə deyir ki, yalnız bizdən almalısız..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra əlavə edir: "Yaxşı alaram, amma niyə 30 manatlıq modemi insanlara 110 -130 man satırsız? Şərtləri də var 1 il ərzində hər ay internetdən istifa edib aylıq ödəniş etməlisiz, ya da modemin ödənişini edirsiz ayrıca. Sual verirəm ki niyə ? Mən özüm almaq istəyirəm. Sizin qoyduğunuz model zəifdir deyib fikrimi bildirirəm. Nəticə də cavab nə olur sizcə? Bizlik deyil Nazirliyə müraciət edin.
Nazirlik bu primitiv suallara cavab verirsə, sizin Şirkət nəyə baxır?

***

Hörmətli Baktelekom, Sizin verdiyiniz modemin isə mağazada satılan modemdən və ya ruterdən fərqi yoxdu. Əməkdaşlar deyirlər ki, onda gedək yaxında bir mağaza var ordan götürək…"
Tarix: 27-06-2024, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}