Reyqan SSRİ-ni dağıtdı: biz də Rusiyanı... - Sikorski

Reyqan SSRİ-ni dağıtdı: biz də Rusiyanı... - Sikorski
Rusiya yenilməz deyil, ona görə də Qərb işğalçı ölkəni məğlub edə bilər.

Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri ona mane olmasa, Vladimir Putin Ukraynadakı müharibədə qalib gələ bilər:

“Çılğın təbliğatının əksinə olaraq, Rusiya məğlubedilməz deyil. O, müharibələrinin bir hissəsini uduzub. Kremli dayandırmaq, hətta onu məğlub etmək olar – biz sadəcə, bunu unutmuşuq. Ronald Reyqan Sovet İttifaqı ilə bağlı strategiyasının sadə olduğunu deyirdi: “Biz qalib gələcəyik, onlar isə uduzacaq”. Bu yanaşma mənim xoşuma gəlir”.

Mənbə: axar.az
Tarix: 30-06-2024, 13:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}