Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı
İllərdir özünü nəğməkar-şair və xeyriyyəçi kimi təqdim edən Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçib.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Bundan həvəslənən bir çoxları deputat olmaq sevdasına düşüb. Belə şəxslər üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, belə şəxslərdən biri də mətbuatda Yasamal rayonunda yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzinin sahibi Fəhmin Əlizadəni döyməsi ilə məşhurlaşan Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşının rəhbəri Cəlal Qurbanovdur. Məlumata görə, Cəlal Qurbanov artıq deputat olmaq üçün hərəkətə keçib. İş adamı seçkilərlə bağlı prosesə hazırlıq aparır.
Belələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırır. Bu tipli şəxsləri əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər.
Çox təəssüflə qeyd etməliyik ki, baş tacımız olan şəhid ailələrini özünə qalxan seçən Cəlal Qurbanov kimi şəxslər Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar. Məlumata görə, iş adamı yaxın çevrəsinə “yuxarıdan” razılıq almışam, deputat olmağıma heç bir problem yoxdur” deyərək hazırlıqlara başlayıb. Məlumata görə, Cəlal Qurbanov 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olacağını çəkinmədən hər yerdə deyir.
Qeyd edək ki, həmin dairənin deputatı Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir. Digər mənbənin məlumatına görə, Cəlal Qurbanov Yasamal rayonunun deputatı olmaq üçün danışıqlar aparır.
Cəlal Qurbanov 1995-2006-cı illərdə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti olmuş Cavanşir Qurbanovun oğludur. Cavanşir Qurbanov hazırda Yasamal rayon Ağsaqqallar Şurasının sədridir.
İnterpress.az
Tarix: 29-06-2024, 09:34
-
Bu gün, 10:56
Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?.. -Müəllimləri imtahana çağıranların özlərinin imtahana ehtiyacı var
-
Bu gün, 10:52
Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
-
Bu gün, 10:51
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Bu gün, 10:47
Aİ “Meta”nı qaydalara əməl etməməkdə ittiham edir
-
Bu gün, 10:38
Pilot layihə adı altında məmur maxinasiyaları... Dələduz şirkətləri himayə edənlər kimdir? VİDEO
-
Bu gün, 10:36
"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT
-
Bu gün, 10:31
Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
-
Bu gün, 10:29
"Unique Group" valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 09:58
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Bu gün, 09:57
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir?
-
Bu gün, 09:51
“Türkiyədə 14 manat olan dərman Azərbaycanda 70 manatdır”
-
Bu gün, 07:47
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
-
Bu gün, 07:45
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Bu gün, 00:02
Xaçmazda 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Dünən, 22:31
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
-
Dünən, 22:28
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib
-
Dünən, 22:26
Qiymət artımı nələrə səbəb olacaq?
-
Dünən, 22:24
Müştərisi “İstanbul Meyhane Bilgəh”dən narazıdır - Əlavə pullar alınır
-
Dünən, 22:23
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
-
Dünən, 22:21
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
-
Dünən, 22:19
Abid Şərifova məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında
-
Dünən, 22:18
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
Dünən, 22:15
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib
-
Dünən, 21:47
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
-
Dünən, 21:46
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
-
Dünən, 21:41
Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO
-
Dünən, 21:40
İsrail bu ölkə ilə müharibəyə hazırlaşır!
-
Dünən, 21:36
“Azercell”də qiymət baha, xidmət aşağıdır – Ekspert
-
Dünən, 21:34
“AzGerneft” vətəndaşa NECƏ PROBLEM YARADIR... - Prezidentə müraciət olundu
-
Dünən, 17:56
“Formula-1”dəki mənimsəmə ilə bağlı məhkəmə işi: “Amerikada bahalı mülklər alıb”
{sape_links}{sape_article}