“Azercell” müştəri marağına uyğun nə varsa... LƏĞV EDİR

“Azercell” müştəri marağına uyğun nə varsa...
30 iyul 2024-cü il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Tiktok internet paketi” və “Günlük Bölgə” kampaniyaları ləğv ediləcək.

Banker.az xəbər verir ki, həmin kampaniyalara qoşulmuş abunəçilər müvafiq kampaniya çərçivəsində təqdim edilən paketlərdən istifadə müddəti bitənədək istifadəyə davam edə biləcəklər.

30 iyul 2024-cü il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Duet Kart”, “Əkiz Kart” və “Video Zəng” xidmətləri də ləğv ediləcək.
Tarix: 29-06-2024, 12:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}