Arzu Nağıyev mandatdan məhrum edilir? - SƏBƏBLƏR


2020-ci il fevralın ayının 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat mandatı əldə edən Arzu Nağıyevi bu ilki parlament seçkilərində həmin dairədən başqa bir namizəd əvəz edəcək. Redaksiyamıza daxil olan məlumatlarda göstərilir ki, bu ilki parlament seçkilərində A.Nağıyevə növbəti dəfə mandat verilməyəcək.
“Azsiyaset”ə daxil olan məlumatlarda bildirilir ki, A.Nağıyevin 2020-ci ildə deputat mandatı qazanması “Trend” İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynovun təqdimatı, dəstəyi və köməkliyi ilə mümkün olmuşdu:
“Lakin cəmi bir il sonra - 2021-ci ildə A.Nağıyevlə İ.Hüseynov arasında gərginlik yaşanıb. Məhz bundan sonra o, “Trend” İA-də Baş direktorun müavini vəzifəsindən də kənarlaşdırılıb…”.
Yaşanan gərginliyin səbəbləri barədə redaksiyamızda müfəssəl məlumatlar olsa da, hələki bu məlumatları işıqlandırmağı doğru hesab etmirik.
Yenidən deputat mandatı qazanmaq üçün A.Nağıyevin hazırda ciddi səylər göstərdiyi də əldə olunan məlumatlar sırasındadır. Amma maraqlıdır, ona deputat mandatı qazandıran siyasi komanda ilə yollarını ayıran (daha doğrusu, komandadan kənarlaşdırılan – red.) A.Nağıyevin səyləri nəticə verə bilərmi?! Əldə olunan informasiyaya görə, A.Nağıyevin deputatlıq mandatının “geri oxunması” elə də çətin proses olmayacaq.
“Azsiyaset”
Tarix: 27-06-2024, 11:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}