Oğurluqlarından hər kəs xəbərdardır, amma... - ABUNƏÇİ ÜSYANI...

" "Azercell"... Bu şirkətdən əhalinin əksəriyyəti şikayətçidir. İçi mən qarışıq. Sosial şəbəkələrdə aktiv olan insanlar az - çox məlumatlana bilirlər bu şirkətin "maxinasiyalar"ından. Amma bir də sosial şəbəkədə fəal olmayan, bölgələrimizdə, kəndlərimizdə yaşan insanlar var ki, hələ də məlumatlı deyillər ki, bu şirkət necə aldadır müştərilərini..." Dia-az.İnfo xəbər verir ki, bu barədə Erol adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.
O daha sonra yazır: "Toplu şəkildə, əlində əsaslı sübutları olan insanların köməkliyi ilə bu şirkətə qarşı ciddi şəkildə mübarizə aparmağın labüd olduğunu və bu işdə maksimum birliyin göstərilməsini istərdim. MB- bitdikdən sonra gəlməyən xəbərdarlığın ardından çıxılan məbləğlər, qoşulmadığın təqdirdə, adiyyatı olmayan və heç bir maraq dairəmdə olmayana hansısa kampaniyalara qoşulmaqdan yoruldum hamı kimi.
Adamlar tənqidlərdən, şikayətlərdən, təkliflərdən heç bir nəticə əldə etmir, əksinə daha da irəli gedir. Hələ-hələ operatorların ədəbsiz danışıqları, müştərisini dinləmə qabiliyyətsizliyi adamı lap çərlədir.
Oğurluqla əldə etdiyiniz gəlirlərə özünüzdən başqa işçilərinizi də günah girdabına batırırsınız. Oğruladığınız pullarla, bu işdə əli olmayan və ya bu işdə iştirakı olmayan insanların da əllərini günah batağına batırırsınız. Etməyin- eləməyin cənablar..."
Tarix: 9-09-2024, 09:56
Xəbəri paylaş





Xəbər lenti