"Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir" - ÇAĞIRIŞ

"Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir"
Məktəb direktorlarının fəaliyyəti ilə bağlı dəfələrlə narazılıqlarla qarşılaşmışıq. Bəzi məktəb direktorları istər validynlər, istər şagirdlər və hətta jurnalistlərlə elə davranırlar ki, sanki məktəb deyil, nazirlik "idarə" edirlər...
Bəs məktəb direktorları necə təyin edilir?
Məktəb direktorları narkoloji və psixoloji yoxlamalardan keçirilirmi?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəb direktorlarının, direktor müavinlərinin yəni bütövlükdə məktəbin rəhbər şəxslərinin seçimi mərkəzləşmiş imtahan vasitəsilə həyata keçirilir.

“Məktəb rəhbərlərinin funksional vəzifələrinin funksionallığına aid olan suallar həmin imtahanlara daxil edilir. Daha sonra imtahandan müvəffəqiyyətlə keçmiş iddiaçılar üçün növbəti mərhələ müsahibə mərhələsidir. Hansı ki, onlar müsahibəyə cəlb olunurlar və müsahibəyə cəlb olunan namizədlər üçün xüsusi komissiya tərəfindən suallar tərtib olunur. Suallar həm məktəb direktoru təyin olunacaq şəxslərin bütövlükdə məktəb idarə etməsiylə bağlı biliklərinin ölçülməsi, həmçinin müvafiq təhsillə bağlı qanunvericiliklə bağlı olur. Eyni zamanda məktəbə rəhbərlik edəcək şəxslərin funksional fəaliyyəti zamanı rastlaşa biləcəyi konkret məqamlarla bağlı həmçinin burada psixoloji suallar salınır. Bütövlükdə proses kifayət qədər şəffafdır.

Mən direktorların işə qəbulu komissiyasının üzvü olmuşam, o komissiyanın tərkibində yer almışam və prosesdən məlumatlıyam, prosesin içində olmuşam. Əslində imtahan mərhələsində, birinci imtahan prosesində xeyli sayda insanlar müvəffəqiyyət əldə edirlər. Amma müsahibə mərhələsi xüsusi seçim əsasında aparılır. Burada nəzəri biliklərlə yanaşı həmçinin direktor olmaq və yaxud direktor müavini olmaq iddiasında olan şəxslər üçün həm onların təkrar olaraq praktiki hazırlıqları və həm də nəzəri bilikləri yoxlanılır. Bundan sonra müvafiq olaraq, direktor və direktor müavinləri olaraq təyin edilirlər”-deyə İlqar Orucov bildirib.

Ekspert qeyd edib ki, sağlamlıq haqqında arayış da işə qəbul zamanı tələb olunur. İlqar Orucovun sözlərinə görə, burada söhbət narkoloji testdən getmir.

“Bu, təkcə, ümumilikdə məktəb də çalışacaq şəxslərə aiddir. Yəni təkcə direktorlar, direktor müavinlərinə aid deyil, hətta müəllimlərin özlərinə də aiddir. Təbii ki, onlar xüsusi sağlamlıq müayinəsindən keçməlidirlər. İnsanlarla işlədikləri üçün onların konkret olaraq, psixi durumu, fiziki sağlamlıq vəziyyəti, yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmamasını sübut edən tibbi müayinələrin nəticələri olmalıdır”-deyə İlqar Orucov qeyd edib.

Ekspert vurğulayıb ki, əslində Elm və Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu şəffaf mühitdə həyata keçirilir.

“Kimsə deyə bilməz ki, “mən pul vermişəm və ya nəyinsə qarşılığında məktəb direktoru olmuşam”. Yəni məktəb direktorlarının işə qəbulu kifayət qədər şəffaf bir prosedurdur”-deyə ekspert qeyd edib.
Tarix: 11-09-2024, 22:13
Xəbəri paylaş





Xəbər lenti