“Rabitəbank” müştərilərini belə incidir – Fakt

“Rabitəbank” müştərilərini belə incidir – Fakt
“Rabitabank” “təhlükəsizlik” adı ilə tətbiqə girişi məhdudlaşdırır. Özlərinin qoyduğu bu məhdudiyyəti açmaq üçün isə qaynar xəttə zəng etməyi tələb edirlər.

Tribunainfo.az xəbər verir ki, bu problemlə sözügedən bank müştərisi Fərid Babayev üzləşib. O bildirib ki, problem təkcə qaynar xəttə zəng etməklə bitmir, tələb edirlər ki, filiala yaxınlaşasan:

“Qaynar xəttə uzun gözləntidən sonra cavab verirlər ki, məhdudiyyəti aradan qaldırmaq üçün tətbiqdə qeydiyyatda olan nömrə ilə zəng edin. Deyirəm, həmin nömrədə yetərincə balans yoxdur. Digər nömrəmlə əlaqə saxlayıram. Başqa nömrə ilə gələn zəngi qəbul etmirlər. Daha sonra da təklif edirlər ki, filiala yaxınlaşın. Bu bankın absurd qərarlarına görə müştəri niyə əziyyət çəkməlidir ki?”.

Qarşı tərəfi dinləməyə hazırıq.


Tarix: 12-09-2024, 13:57
Xəbəri paylaş





Xəbər lenti