Səttar Möhbalıyevin həyat yoldaşı vəzifəsindən azad edildi



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
 
Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurum balansında olan bahalı avtomobil də ondan alınıb. 
 
Xatırlatma: Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə İqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.
Tarix: Dünən, 08:23
Xəbəri paylaş





Xəbər lenti