Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurdu

Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurdu Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.



Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib.

“Biz 2017-ci il, yanvarın sonunda Astana şəhərində keçiriləcək danışıqlara hazırlıqla bağlı bütün əlaqələri dondururuq”, bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, Suriya ordusu ilə rəsmi Dəməşqi dəstəkləyən qüvvələr Hama, Deraa əyalətləri və Şərqi Quta regionunda atəşkəs rejimini dəfələrlə pozublar.

Dekabrın 29-da Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb. Atəşkəs rejimi dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minib. Bu ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə çoxtərəfli sülh danışıqlarının keçiriləcəyi planlaşdırılır.
Tarix: 3-01-2017, 10:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}