Bağdadinin ayağı kəsildi - İŞİD-də hakimiyyət mübarizəsi

 Bağdadinin ayağı kəsildi - İŞİD-də hakimiyyət mübarizəsi Bir vaxtlar İraqdan və Suriyadan bütün dünyaya qorxu salan, son aylar öz effektliyini itirən İŞİD terror təşkilatında daxili münaqişə başlayıb.

Bağdadinin ayağından yaralanması və daha sonra bu ayağın kəsilməsindən sonra qondarma xəlifə öz nüfuzunu itirməyə başlayıb.


Hər şey 2016-cı ilin iyun ayında Bağdadinin ABŞ-ın həyata keçirdiyi bomardımanda ağır yaralanmasından sonra başladı. Bağdadi əvvəl Mosulda, sonra da Raqqada müalicə olundu. Terrorçu lider üçün İraqda və Suriyada 10-dan çox sığınacaq tikildi. Bombalara qarşı mühafizə tədbirlərinin görüldüyü bu sığınacaqdan bəziləri yerin altında tikildi. Bütün müalicə tədbirlərinə baxmayaraq Bağdadi bir daha yeriyə bilmədi və hətta onun bir ayağı kəsildi. Bundan sonra terrorçu lider heç kimlə görüşməməyə başladı. Son aylarda onun səsli mesajlar göndərməsi və görüntüsünün olmaması da bu iddiaları təsdiq edir. Bu vəziyyət təşkilat daxilində də söz-söhbətə səbəb oldu.

İdlib Binniş bölgəsində İŞİD-in 2.5 il sözçülüyünü edən Əbu Muhamməd əl Adnani, "Xəlifə gəzə bilmir. Bu vəziyyətdə vəzifələrini icra edə bilməz" deyərək təşkilat daxilində müxalifətə başladı. Bir müddət əvvəl özünü Qureyşi elan edən və xəlifəliyinin özünün haqqı olduğunu deyən Adnani Suriyada öldürüldü. Adnani Bağdadini qorumaq üçün yaradılmış xəlifə ordusuna bağlı xüsusi bir dəstə tərəfindən Hələbin əl-Bab rayonunda qətlə yetirildi. Rusiya və ABŞ hərbi mənbələri Adnaninin özlərinin həyata keçirdikləri bombardımanda öldürüldüyünü iddia etmişdilər.

Yeni Şafak
Tarix: 3-01-2017, 10:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}