Nəhəng balıq hərracda satıldı - 640 min dollara

Nəhəng balıq hərracda satıldı - 640 min dollara Tokioda dünyaca məşhur Sukidzi bazarında Sakit okeandan tutulmuş nəhəng tuna balığı hərracda alıcı tapıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hərraca qoyulan balıq 74 milyon yenə, yəni təxminən 640 min dollara satılıb. Bu qiymət əsrin əvvəlindən balığa verilən ən böyük pul hesab olunur.

Aomori prefekturasının sahillərindən tutulan nəhəng tuna balığının çəkisi 212 kiloqramdır.

Qeyd edək ki, Sukidzi bazarında keçirilən bu ənənəvi hərrac hər il yanvarın ilk həftəsində təşkil olunur.


Siam.az
Tarix: 5-01-2017, 21:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}